“20 Yanvar milli düşüncə günüdür…” – RAFAEL HÜSEYNOV – FOTO

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “İstiqlal yolunda 20 Yanvar aşırımı” mövzusunda elmi sessiya keçirilib.

Etikxeber.az xəbər verir ki, tədbirdə muzeyin direktoru, akademik Rafael Hüseynov “İstibdaddan istiqbala” mövzusunda məruzə ilə tədbiri açaraq Azərbaycan xalqının istiqlal, azərbaycançılıq, milli özünüdərk yolundakı təşəkkülündə 1990-cı illər azadlıq hərəkatının tarixi-analitik əhəmiyyətindən danışıb:

qabil(1)

“Azərbaycan xalqı bu günü müxtəlif cür adlandırır. Mənim fikrimcə, 20 Yanvar milli düşüncə günüdür. Həmin gecə törədilmiş qanlı cinayət xalqımızın müstəqillik uğrunda mübarizə əzmini qıra bilməyib, əksinə, xalqımız öz yenilməzliyini və qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizəsini bütün dünyaya bəyan edib. Məhz 20 Yanvar hadisələri keçmiş SSRİ-nin dağılmasına, xalqımızın milli azadlığına qovuşmasına, müstəqilliyinin bərpasına təkan verib”.

Vurğulanıb ki, qanlı hadisənin ertəsi günü xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyev özünü və ailəsini riskə ataraq Moskvada Azərbaycanın Daimi Nümayəndəliyinə gedərək mətbuat konfransında bu vəhşiliyi qətiyyətlə pisləyib, qətliamın başvermə səbəblərini cəsarətlə dünyaya bəyan edib.

Muzeyin direktoru bildirib ki, çətinliklərlə olsa da, həmin dövrdə mənim çalışdığım “Amerikanın səsi” və “Azadlıq” radiostansiyalarında 20 Yanvar faciəsi ilə bağlı xəbərlər yayımlandı. Qanlı şənbə gecəsi günahsız uşaqlar, yaşlılar, meydanlarda fəallıq göstərən gənclər qətlə yetirildi. Keçmiş SSRİ rəhbərliyinin ciddi cəhdlərinə baxmayaraq, dünya ictimaiyyəti Bakıda törədilən faciədən xəbər tutdu.

R.Hüseynov bu dövrdə ədəbiyyatımızda yaranan 20 Yanvar və şəhidlər mövzusu ilə bağlı qələmə alınan nümunələrdən söz açıb. Qeyd edilib ki, xalq şairləri Bəxtiyar Vahabzadə, Qabil və başqaları şəhidlərin xatirəsinə həsr olunan əsərlərində bu faciənin fəlsəfəsini əks etdirirdilər.

Akademik çıxışının sonunda vurğulayıb ki, xalqımız heç vaxt şəhidlərimizi unutmayacaq. Şəhidlərimizin ruhu isə o zaman nigaranlıqdan qurtaracaq ki, torpaqlarımız erməni tapdağından tam azad edilsin. İnanırıq ki, həmin gün uzaqda deyil.

Elmi sessiyada, həmçinin Xurşudbanu Natəvan adına Qarabağ filialının elmi işçisi Rəhman Baxşəliyev “20 Yanvar hadisələri xalqımızın qəhrəmanlıq səhifəsidir” mövzusunda məruzə edib.

Sonda AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Xurşudbanu Natəvan adına Qarabağ filialı əməkdaşlarının dünya muzeylərinə müraciəti səslənib.

Etikxeber.az

Read Previous

Prezident Formula 1 Qran Pri yarışının təşkililə bağlı Sərəncam imzaladı

Read Next

Qanlı və Şanlı 20 Yanvar hadisələrindən 28 il keçir…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir