“20 YANVAR”A QARŞI İDDİALAR YOLVERİLMƏZDİR…” – Tanınmış vəkildən “russevdalılar”a cavab

20 yanvar 1990-cı il günü Rus-SSRİ qoşunlarının Bakıya, Azərbaycanın müstəqillik çəhdinə müdaxiləsi və dinc xalqın buna müqaviməti nə qarşı törətdiyi qırğın tarixi, müsibətdir. Bu hadisə Azərbaycan xalqının azadlıq və müstəqil dövlət istəyinə vurulan əvəzolunmaz yaradır. Minlərlə sakin, əliyalın azərbaycanlı atəş açılacağını təsəvvür belə etmədən, təcavüzə etiraz olaraq silahlı əsgərlərin, tankların qabağına getdi. Nəticə, yüzdən çox sakin ölümü, daha çox yaralı, dağıntı, xaosla bitdi. Bu hadisə həm də Azərbaycan xalqının halal, ədalətli azadlıq və dövlət müstəqilliyi mübarizəsinin çox ugurlu dönüş nöqtəsidir. Az keçmədi ki, tarix bu mübarizənin ədalətli, bu qırğının ədalətsiz törədildiyini, Azərbaycan xalqını dövlət müstəqilliyi ilə təltif edib, xalqımızı bu haqqa çatdırmaqla sübut etdi.

Bu ərəfədə bəzi “rusiyasevərlər” qəsdən, bəzi naşı ictimai-siyasilər bilər ya bilmədən, xalqın 20 yanvar faciəsi və mübarizəsinə kölgə salan iddialar ortaya atırlar. Konkret adlar çəkmirəm amma:

“… hələ xəbəriniz yoxdurmu? Azı 27 əsgər öldürülüb…. AXC agentləri var gücləri ilə ordunu atəş açmağa təhrik elədilər əvvəlcədən silahlar paylanmışdı… Peşəkar hazırlaşmışdılar. Ordu şəhərə fövlqəladə vəziyyət yaratmağa və dövlət orqanlarını müdafiə etməyə girirdi, lakin təxribat törədildi… Qansız da keçinmək olardı… Silahli müdaxilə olubsa, silahlı qarşıdurma normal di. Polislərdə silahlar var idi. Gerçəklər tam başqa olub… Xeyli belə video var… KQB-nin materiallarında da qeyd olunub faktlarla…Məndə o vaxt 3 saatlıq kaset vardı, bütün gecə baş verənlərin yazısı…. Orda nələr vardı, nələr. Ölkədə çox az adam o kadrları görüb, ona görə də əslində nə baş verdiyini bilmirlər…” və sair (bir çox kəskin fakt-iddiaları qeyd etmirəm) kimi əsassız, haqsız və ziyanlı iddialar səslənir.

Bu kimi iddialara qarşı haqlı suallar da qoyur. Dinc gunahsiz əhalini qırıb güllələməyə, ailə-uşağı ilə gedənin maşınını, təcili yardım maşınını tankın altına almaga hansı əsas ola bilər ki? Şəhidlərin arvad-uşaq-qocaların içində necə əli silahli olub ki? 20 Yanvar səhəri yağışlı idi, tam yadımdadır. Bir ekspert kimi, mərkəzi morqun içinə, yerləşmədiyi üçün çölünə yığılmış neçə-neçə güllələnmiş, tank altında qalmış şəhidlərimiziə şəxsən baxış keçirtmişəm. Yaralı, əzilmiş meyidlərin də hamısının şəkilləri məndə olub. Bir nəfər belə əsgərə silah ata bilən, yaxud silah-sursat əlamətləri və nişanələri müşahidə olunmayıb.

Az TV-nin blokunu əməliyyat başlanmaqdan qabaq partlatdılar. Çünki Bakını əzib, darmadağın etmək planı qurulmuşdu Moskvada və bu qırğın heç də təsadüfi yox, əvvəlcədən planlaşdırılmışdı. Onlar məhz qırgın, cəza üçün gəlmişdilər. Şəhəri tutmağa, işğala tank girir, muqavimət gostərməməli idi xalq, heç olmasa, qabağına çıxıb duzulməklə? Müstəqillik uğrunda mübarizə nə cür olur ki, bəs? O zamanlar müstəqillik başlanmışdı, hamı müqavimət gostərirdi ruslara. Tiflis, Pribaltikada, hər yerdə, necə ki, 56-da Macarıstan, 68-də Çexiya, 80-də Polşada da ruslara qarşı qırğın-qurbanlı müqavimət oldu. Onlar da sual altina qoyurlar, haqli milli müqavimətlərini? Onlarda olur qəhrəmanlıq, bizdə olur təxribat?

Belə təxribat xarakterli antiazərbaycan iddiaları o zamankı Azərbaycan Xalq Cəbhəsini qaralamaq və bu günkü iqtidara xöş gəlmək üçün edilirsə, bu, çox yanlışdır. Bugünkü iqtidarın içindəki xeyli insan, ziyalılar Sovetlərə qarşı və Azərbaycanın müstəqilliyi uğrunda AXC ilə birlikdə ümummilli iş kimi çalışıb.

Mərhum Heydər Əlivev 20 Yanvar qırğınına Rusiyanın mərkəzi-Moskvada buna ilk etiraz edən şəxslərdən olub. Əgər bu iddialar, bu faciədəki xalqın mübarizəsini qaralayıb, Rus-SSRİ ordusunu haqlı çıxartma məqsədlidirsə, o zaman, bu xalqa və dövlətə qarşı Rusiya və ya, Rusiyaya müttəfiq ölkənin buradakı “5-ci kolon”u tərəfindən birbaşa cinayət tərkibli təxribatıdır. Bununla da, zənnimcə aidiyyatı dövlət orqanları məşğul olmalıdır.

Hər bir ölkənin, xalqın öz azadlıq və müstəqillik mübarizəsi, milli ideologiyası üçün tökdüyü qan Günü özü üçün əzizdir, onun bugünkü və gələcək varlıq və inkişaf üçün bir simvoldur. Belə fövqəlvacib simvola kölgə salıb, əskildib, aşağılamaq yolverilməzdir. Bu dövlət, bu ölkə durduqca 20 Yanvar faciə və qəhrəmanlığı, şəhid-qəhrəmanlarımız xalqın, millətin qəlbində müqəddəs və toxunulmaz mübarizə simvolu kimi qalacaq.

Allah rəhmət eləsin, qəhrəman şəhidlərimizə!

İlqar ALTAY,

Vəkil

Etikxeber.az

Read Previous

“Girenko, Babkov, Mixaylov, Yazov dindirildi, Qorbaçov isə istintaqdan yayındı…” – USUBOV

Read Next

Mərhum İsmayıl Şıxlının tarixi çıxışı: ” Qoy bəşəriyyətə Suvorov, Kutuzov kimi böyük sərkərdələr vermiş rus xalqı “öz oğlu” Yazovla da “fəxr etsin”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir