Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bakı şəhərinin Səbail rayonunun Badamdar qəsəbəsinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Cavidan Nizami oğlu İbrahimlinin doğum günüdür.
Cavidan İbrahimlinin sabah-24 mart 2025-ci il tarixində 25 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki beşinci doğum günü, mövlududur.
Etikxeber.az xəbər verir ki, Cavidan İbrahimli 2000-ci ilin martın 24-də Bakı şəhərinin Səbail rayonunun Badamdar qəsəbəsində dünyaya gəlib…
Ailənin üç oğlan övladından biri olub…
Qardaşları hazırda subaydır…
2006-2017-ci illərdə Badamdardakı 236 nömrəli tam orta məktəbdə təhsil alıb…
Orta məktəbi bitirdikdən bir müddət sonra, 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub…
Əsgərliyini başa vurub evinə, ailəsinə döndükdən az sonra, 21 sentyabr 2020-ci il tarixində səfərbərliyə cəlb olunub…
Sentyabrın 27-dən isə İkinci Vətən Müharibəsinə qatılıb…
Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabr ayının 21-də qəhrəmancasına Şəhid olub…
Ancaq nəşi 4 gün sonra, oktyabrın 25-də Səbail rayonunun Badamdar qəsəbə qəbiristanlığındakı Şəhidlər məzarlığında dəfn olunub…
Şəhidliyindən sonra bir neçə medal və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…
Eyni zamanda, övlad dərdinə, itkisinə dözə bilməyən atası Nizami İbrahimli Cavidanın qırxına yaxın dünyasını dəyişib…
Badamdar qəsəbəsində adını daşıyan küçə var…
Cavidan həm də subay olub…
Məkanı cənnətlik, Cənnətdəki beşinci doğum günü olsun!
Nur içində uyusun!
Kamil HƏMZƏOĞLU
Etikxeber.az