20 yaşında Şəhidlik məqamına ucalan, nəşi 15 gündən sonra torpağa tapşırılan evin tək, subay oğlu-NİCAT İBİŞOVUN ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN BİR İL KEÇDİ…- FOTO-VİDEO

Bu gün daha bir Şəhidimizin-Mingəçevirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan evin tək oğlu, ailənin iki övladından biri, subay, 3 medallı və Suqovuşan fatehi Nicat Vasif oğlu İbişovun Anım Günüdür...

Düz bir il öncə, oktyabr ayının 10-da qəhrəmancasına Şəhidlik məqamına ucalan və nəşi 15 gündən sonra tapılan Nicat İbişov oktyabrın 25-də doğulub boya-başa çatdığı Mingəçevir Şəhidlər Xiyananında dəfn olunub, torpağa tapşırılıb…

Bir il keçir onun Əbədiyyətə uğurlanmasından, torpağa tapşırılmasından…

Düz bir ildir ki, cismən yoxdur aramızda, sevdiklərinin, sevənlərinin, ailəsinin yanında…

Düz bir ildir ki, HAQQın, YARADANın ən yüksək qatında, mərtəbəsindədir…

Mərtəbəsi, Dərgahı mübarək olsun!

***

Anım Günü ilə bağlı bu gün səhər saatlarında Şəhidfimizin məzarı ziyarət olunub…

Ziyarətdə Şəhidin ailə üzvləri-anası Samirə xanım, atası Vasif bəy, bacısı Ləman, həmçinin, qohumları, yaxınları, Mingəçevirdən olan Şəhid ailələri, məktəblilər və digər şəxslər iştirak ediblər…

Ziyarət zamanı məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dialar oxunub, məktəblilər tərəfindən şeirlər səsləndirilib…

Bir saata yaxın davam edən ziyarətdən sonra Şəhidin ailəsinin yaşadığı evdə anım mərasimi keçirilib, adına ehsan verilib…

Mərasimdə də Şəhidin, cəmi Şəhidlərin ruhlarına bir daha dualar edilib…

Bir daha ailəsinə başsağlığı verilib, onlara Allahdan səbr dilənilib…

***

Anım Günündə Şəhidimizin ailəsinin yanında olmağı, onları ziyarət etməyi özümə borc bildim…

Və qeyd edim ki, artıq ikinci dəfədir Şəhidimizin ailəsinin yaşadığı evdə oluram…

Bu ilin iyul ayında, Cənnətdəki ilk ad günündən bir gün öncə də ailəsini ziyatət etmişdim…

Anım Günündə də bir daha Şəhidimizin Dərdli, Yaralı, həm də Qürurlu və Məğrur ailəsinə Allahdan səbr dilədim, “Cəmi Şəhidlərimizin, içində də Nicat balamızın məkanı cənnətlik olsun! Cəmi Şəhidlərimizin, Nicatın, Nicatların ruhları və onların valideynləri, Sizlərin qarşısında baş əyirəm!”-dedim…

Bəli, bugünümüzə, dinclik və əmin-amanlığımıza görə məhz Nicata, Nicatlara, onları dünyaya gətirən ailələrə borclu və minnətdarıq…

Və Onlara olan borcumuz bir ömür boyu ödənməz, bitməz…

Hər zaman onlara borclu olacağıq!

Cəmi 20 yaşında Şəhid olan Nicat İbişovun, cəmi Nicatların əziz xatirəsi daim qəlblərdə, qəlbimizdədir!

Qürurumuz, İftixarımız, Baş tacımızdırlar!

Və Azərbaycan var olduqca, onlar da, Nicat da, Nicatlar da var olacaqlar!

Nur içində yatsın, Nur içində yatsınlar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

25.10.2021, Mingəçevir

Etikxeber.az

Read Previous

Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Qubadlı rayonundan-FOTO PAYLAŞDI

Read Next

Daha 1477 yeni yoluxma-DAHA 21 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir