200 nəfərə yaxın adamı vaxtında təxliyə etmək mümkün olub – SƏHİYYƏ NAZİRLİYİ

Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində baş verən yanğınla bağlı rəsmi məlumat yayıb.

Etikxeber.az-ın xəbərinə görə, məlumatda deyilir:

“Martın 2-də səhər saatlarında güclü külək nəticəsində Respublika Narkoloji Mərkəzinin binasında qısa qapanma nəticəsində yanğın baş verib. Hadisə yerinə yanğınsöndürmə maşınları və Səhiyyə Nazirliyinin 10-a yaxın təcili tibbi yardım briqadası cəlb edilib.

Xəstəxananda müalicə alan və tibbi personaldan ibarət 200 nəfərə yaxın adamı vaxtında təxliyə etmək mümkün olub. Hazırda təxliyə olunan şəxslərə lazımi tibbi və psixoloji yardım göstərilir.

Həyata keçirilmiş bütün zəruri tədbirlərinə baxmayaraq, yanğının nisbətən güclü sahəsində 24 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Dünyasını dəyişənlərin ailə üzvlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı veririk!”

Etikxeber.az

Read Previous

Baş prokurorluq, FHN və DİN birgə məlumat yaydı: YANĞINDA 24 NƏFƏR ÖLÜB

Read Next

İlham Əliyev yanğın baş vermiş əraziyə gəldi – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir