“2016-cı il Azərbaycan iqtisadiyyatının tarxində ən ağır illərdən biri oldu…” – PREZİDENT

“2016-cı il Azərbaycan iqtisadiyyatının tarxində ən ağır illərdən biri oldu”.

Etikxeber.az xəbər verir ki, bunu ölkə Prezidenti İlham Əliyev Yeni il və  31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı  Azərbaycan xalqına müraciətində deyib.

O, qeyd edib ki, Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının tərkib hissəsidir və dünyada da sosial-iqtisadi böhran davam edir.

Prezidentin qeyd etdiyinə görə, ancaq buna baxmayaraq, 2016-cı ildə ölkənin iqtisadi dayanıqlığı qorunub- saxlanılıb.

“Bu il bütün sosial layihələr tam icra olunub. Ölkənin valyuta ehtiyatları qorunub- saxlanılıb…”-deyə, Prezident sözlərinə əlavə edib.

Prezident eyni zamanda, 2016-cı ilin Azərbaycan xalqının tarixində Şanlı qələbə ili kimi qalacağını deyib.

İ. Əliyev qeyd edib ki, “Aprel döyüşləri”ndə Azərbaycan Ordusu işğal altında olan ərazilərimizin bir hissəsini düşməndən azad etməyə nail ola bilib.

Etikxeber.az

Read Previous

“Məqsəd işğal altında olan torpaqları azad etmək üçün daim hazır olmaqdır” -DTX-nın şefi

Read Next

Əliyev: “Dağlıq Qarabağ” qurumunu heç bir ölkə tanımır və tanımayacaq” – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir