“2017-ci ildə dövlət büdcəsində neftin qiyməti 40 dollar civarında müəyyənləşəcək”- NAZİR

“2017-ci ildə dövlət büdcəsində neftin qiyməti 40 dollar civarında müəyyənləşəcək”.
Etikxeber.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov səs verdiyi məntəqədə  jurrnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycanın gələn il üzrə dövlət büdcəsində neftin bir barelinin qiyməti 40 dollar götürülüb.
 Nazir bunu neftin qiymətinin dünya bazarında  müşahidə edilən artıqmla  izah edib.
Qeyd edək ki, 2016-cı ildə bu göstərici 25 dollar/barrel təşkil edib.
Nazir onu da əlavə edib ki, 2017-ci ildə Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertin həcmi azalmaqda davam edəcək.
“Burada 2017-ci ildə 1,5 mlrd. manat azalmadan söhbət gedir”.
Qeyd edək ki, 2016-cı ilin dəqiqləşdirilmiş dövlət büdcəsində Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert 7 mlrd. 615mln. manat təşkil edib.
Etikxeber.az

Read Previous

Prezident Avropa Seçkilərin Müşahidəsi Akademiyası Missiyasının nümayəndə heyətini qəbul edib

Read Next

“Prezident ölkənin dövlət quruculuğuna yeni elementlər daxil edilməsinin avanqardıdır”- MDB PA nümayəndə heyətinin rəhbəri

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir