2018-ci ildə turizm üçün ən yaxşı məkan hansı türk cümhuriyyətidir?

İtaliyanın “Rai Tre” telekanalı keçirdiyi sorğunun nəticələrinə görə 2018-ci ildə səyahət üçün ən yaxşı istiqamətləri açıqlayıb. Sorğunun “Tarix” nominasiyasında Türkmənistan lider olub.

Bu barədə Etikxeber.az-a Türkmənistanın ölkəmizdəki səfirliyindən məlumat veriblər.

Qeyd olunur ki, dünyanın müxtəlif ölkələrində olan televiziya tamaşaçılarının və turistlərin rəyi telekanalın ən populyar istiqamətlərdə hazırladığı turizm və səyahətlər barədə çoxsaylı televiziya verilişlərindən sonra öyrənilib.

Diqqətəlayiqdir ki, tarixlə maraqlanan səyahətçilər üçün Türkmənistanda çoxlu tarixi yerlər mövcuddur. Türkmənistanın ən yaxşı görməli tarixi abidələri sırasında “türkmən Stounhenci”ni – Altın-Depe şəhərinin adını çəkmək olar. Qədim şəhərin yaşı tarixçilər tərəfindən bürünc dövrə aid edilir (e.ə. 2300-1900-cü illər). Burada turistlər qədim xalqların Proto-Elam və Proto-Şumer “yazıları”nı xatırladan piktoqramı ilə tanış ola bilərlər.

Qədim Parfiya şəhərləri və xüsusən də onun mədəni paytaxtı – Qədim Nissa səyahətçilərdə böyük maraq oyadır. Böyük Margiananın şəhərləri və qalalarına turistlər biganə yanaşa bilmirlər. Yunanlar və romalılar çinliləri ilk dəfə məhz bu ərazidə qarşılayıblar.

Qeyd edək ki, ötən ilin dekabrın 1-də Türkmənistanda Böyük İpək yolu boyunca tarixi-mədəni abidələrin elmi-tədqiqat, qazıntı işlərinə və mədəni irsin populyarlaşdırılmasına dair Dövlət Proqramı qəbul edilib.

Etikxeber.az

Read Previous

“Sən bu işlərə qarışma, Azərbaycan millətçilikdə ittiham edilə bilər…” – İSA QƏMBƏR YAZDI

Read Next

Mehmanxanaya və anbara bomba qoyulması barədə polisə yalan məlumat verən şəxslər tutuldu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir