2018-ci ili böyük ümidlərlə qarşılayacağıq… – ƏMƏKDAR ARTİSTİN ARZUSU

2017- ci ilə  bu gün əlvida deyəcəyik və üzümüzə gələn 2018-ci ili böyük ümidlərlə qarşılayacağıq…

2017 ci ildə çox böyük uğurlarım oldu: öz məktəbimi yaratdım-Sənət Akademiyası.

Heç biri ili tamam olmamış Akademiyamızın dəyərli tələbələri Müzəffər Fərzəliyev və Nicat Qəniyev böyük Beynəlxalq Müsabiqədə 1 və 2-ci yerlərə layiq görüldülər.

Kapadokiyada və Aksaray şəhərlərində böyük çıxışlarım oldu.

Azərbaycanımızın hər zaman məni sevən tamaşaçıları ilə müxtəlif ardı-arası kəsilməyən tədbirlərdə, o cümlədən,  televiziya vasitəsi ilə görüşlərim və çıxışlarım oldu.

Müxtəlif nominasiyalar üzrə mükafatlar qazandım.

aybeniz-xanim

Qazandığım Ən böyük mükafat isə Sizin böyük alqışlarınız oldu Əziz tamaşaçılar, Əziz millətim. Nə yaxşı ki,  varsınız!

Allah Sizin Sevginizi mənə çox görməsin. Uca Rəbbim bu Yeni 2018 ci ildə hər birinizə Övlad Sevincləri yaşatsın.

Subaylarımız öz yarlarını tapsınlar və qovuşsunlar. Allah onlara böyük səadət bəxş etsin!

Ailənizə  o qədər ruzi- bərəkət qismet olsun ki, yığıb-yığışdıra bilməyəsiniz.

Ana-Atalarımıza Allah can sağlığı versin. Sevinciniz bitib- tükənməsin.

Sizi çox sevirəm dəyərli xalqım!Bayramlarınız mübarek olsun!!!

Aybəniz HAŞIMOVA,

Əməkdar artist

Etikxeber.az

Read Previous

“Azərbaycandillillər” və “rusdillilər” kimi ifadələrdən istifadə etməməliyik” – DEPUTATIN TÖVSİYYƏSİ

Read Next

“Yox, yox, yenə də yox!” – SAHİB ALIYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir