2018 – “İt ilinin” gözləntiləri – “Bəlkə yeni baş nazir də gördük…” – NATİQ CƏFƏRLİ

 Dünyanın əsas iqtisadi güc mərkəzləri üçün yaxşı il olacaq – ABŞ-da 3%, Avropa Birliyi ölkələrində 2%, Çində 5,5%, Hindistanda 5%, Britaniyada 2,5, Avstraliyada 3% iqtisadi artım (ÜDM artımı) gözlənilir. Bu ölkələr dünya iqtisadiyyatının 80%-ə yaxınını təşkil edir.

Deməli, dünya üçün İt İlinin uğurlu iqtisadi il kimi keçməsi gözlənilir. 

Dünyanın siyasi səhnəsində isə maraqlı hadisələr olacaq:

1) Şimali Koreya məsələsi gündəmdən düşməyəcək, çox güman, lokal müdaxilə ilə Kim dinastiyasına son qoyulacaq, 2) Suriyada Əsəd ilə dünya yenidən danışıq masasına oturacaq , “pis, qaniçən, amma dünyəvi diktator qeyri-müəyyənlikdən yaxşıdır”, tezisi yenidən Şimali Afrikadan tutmuş bütün “ərəb kəmərində” hegamon fikir, yanaşma olacaq, 3) Avropada “sağ” siyasi təşkilatların güclənməsi davam edəcək, 4) Qüds məsələsi zaman-zaman gündəmə gəlsə də, bir müddət sonra soyuyacaq, ilin sonuna yada belə düşməyəcək, 5) Qlobal iqlim dəyişikliyi yenidən ciddi müzakirə obyekti olacaq, bir çox ölkələr “yaşıl” qərarlar alacaqlar, 6) Yeni texnologiyalar, süni intellekt həyatımıza daha çox daxil olacaq.

Qonşularımız.

Rusiya:

Neft-qaz qiymətlərinin 2017-də 35% artnası Rusiyanın gözünə işıq verdi, Kremlin aqressiv siyasətinin maliyyə mənbəyi artdı. Mart seçkilərində Putin 65-70% civarında səs yığacaq, bəzi şəhərlərdə etirazlar olacaq, amma “rus dünyasının qoruyucusu” olan Putin öz iqtidarını “sosial millətçilik” əsasında daha da möhkəmləndirəcək. Amma Kremlə qarşı daha ciddi sanksiyalar ola bilər, hətta ölkəni dünya maliyyə sistemindən kənarlaşdıra bilərlər. Bu zaman iqtisadi təlatümlər ola bilər, lakin pisləşən vəziyyət rusları Putin ətrafında daha sıx birləşdirə bilər – bu ölkənin qəribə yapısı var, xaricdən gələn çətinlik həmişə Kremlin əlinə oynayır.

Türkiyə.

“Tək Adam” rejimi daha da möhkəmlənəcək, 2019 seçimlərinə qədər bürün siyasi rəqiblərin qaralanması kompaniyası davam edəcək. Amma əsgi AKP-çılər (Gül, Arınç) bu partiyanın qurucuları, gələn il Meral xanımla birləşsələr, AKP üçün çox çətin olacaq.

Çünki, ABŞ və Avropa ilə ölkənin əlaqələri daha da pisləşəcək, bu isə iqtisadiyyata mənfi təsir edəcək.

İran.

Qonşu ölkədə çox maraqlı il olacaq, İran sürətlə dünyəviləşir, bu proses sürətlənəcək, İranın iqtisadi potensialı tam üzə çıxsa, daha çox müasirləşsə, yaxın 10 ildə iqtisadi inkişafda Türkiyəni çox qabaqlayacaq, ÜDM həcmində Rusiyaya çatacaq.

Gürcüstan.

Qonşu ölkə gələn il regionda ÜDM-i ən çox artan ölkə olacaq, gürcülər tam relsə düşüblər, yavaş, amma inamla irəli gedirlər.

Ermənistan.

İşğalçı dövlət gələn il Qərbə daha çox yaxınlıq edəcək, hətta NATO ilə yeni əməkdaşlıq planı da imzalayacaq. Belə gedişlərlə Rusiyadan daga çox pul-güzəşt qoparacaqlar.

Neft bazarı.

Bu haqda çox yazmıram, bir onu deyim ki, 2017-də bütün spekulyativ addımlar atıldı, qiymət qalxdı, daha atılacaq addım qalmadı. Ona görə də, 2018-də qiymətlər, ən yaxşı halda, 50-65 koridorunda gedib-gələcək. Yəni, indi qiymətlər artlq pikə çatıb.

Azərbaycan.

2018-ci il maraqlı il olacaq.

Seçkilərdə ciddi sürpriz olmayacaq, iqtisadi canlanma yenidən MSM-ə (Mərmər Səki Modeli) keçməklə, büdcədən ayrılan vəsait hesabına olacaq. Təmir-tikinti, pul dövriyyəsi artacaq, amma çox şey neft qiymətlərindən asılı olacaq. İnflyasiya yenə ikirəqəmli olacaq, manat dollara qarşı inzibati qaydada sabit olsa da, digər valyutalara qarşı oynaq olacaq. 2018-ci ilin orta məzənnəsi neft 50-55 dollar olsa 1 dollar=1,80-1,85 manat, neft 60-65 dollar olsa 1 dollar=1,70-1,75 manat olacaq. Keyfiyyətsiz, azmaaşlı iş yerləri artacaq, müəyyən qədər sosial gərginlik azalacaq.

Siyasi anlamda 2018-ci ilin əsas intriqası klanlararası münasibətlər olacaq, bir çox maraqlı proseslər, işdən azad edilən məmurlar görəcəyik. Bəlkə yeni Baş Nazir də gördük, bəzi yeni nazirlər də təyin ediləcək. Amma ən təəssüfedici hal budur ki, yeni modelə keçid olmayacaq, sistem islahatları görməyəcəyik.

Natiq CƏFƏRLİ

Etikxeber.az

Read Previous

VƏKİL ƏFQAN MUXTARLI İLƏ BAĞLI PENİTENSİAR XİDMƏTƏ MÜRACİƏT ETDİ

Read Next

ABŞ-da atışma baş verdi: ölən və yaralananlar var

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir