Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Cənab prezident bu ilin əvvəlində elan etdi ki, 2019-cu il sosial sahədə islahatlar, sosial-rifah sahəsində xüsusi il olacaq. Sosial sahənin gücləndirilməsi, əhalinin sosial müdafiəsinin daha da etibarlı şəkildə təmin olunması məqsədilə də cənab prezidentin 40-a yaxın fərman və sərəncamı olub. Büdcədən də əlavə 44 milyarda yaxın bu xərclər üçün vəsait artıq ayrılması nəzərdə tutulub. Yəqin ki, gələn ildə də bu xərclər olduğu kimi qalacaq və bir az da artmalıdır.
Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Musa Quliyev deyib.
M. Quliyev hesab edir ki, bundan sonra büdcədə daha çox sosial xarakterli xərclərə daha çox üstünlük verməliyik.
“Çünki artıq infrastruktur, investisiya layihələri kifayət qədər uğurla həyata keçirilib. Artıq bizim yollarımız da, enerjidaşıyıcı xətlərimiz də yüksək səviyyədədir, şəhərlərin, kəndlərin abadlaşdırılması istiqamətində böyük işlər görülüb, kanalizasiya sistemləri qurulub, məktəblər, idman kompleksləri, tibb müəssisələri kifayət qədər yenilənib, yeniləri tikilib.
Odur ki, bundan sonra əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində xərclərə, sosial xərclərə daha çox önəm verməyimiz yaxşı olardı. Həm pensiya və müavinətlərin artımının təmin olunması, həm ardıcıl olaraq əmək haqlarının artırılması istiqamətində növbətiaddımlar atılmalıdır.
Çünki qarşıya qoyduğumuz uzaq məqsədlərimizdən biri də Azərbaycanı sosial-rifah dövlətinə, inkişaf etmiş dövlətinə çevirməkdir. 2025-ci ilə belə bir məqsədimiz var. Buna doğru da yavaş-yavaş getməliyik və həm orta əmək haqqının yüksəlməsi, həm müavinətlərin artırılması, eyni zamanda, icbari tibbi sığortaya keçidlə əlaqədar olaraq səhiyyə xərclərinin artırılması və sair istiqamətdə büdcədə artımların, ayırmaların olması vacibdir, mütləqdir.
Yaxın günlərdə başlayacaq payız sessiyasında, eləcə də, növbəti ilin büdcə müzakirələrində bunları təklif edəcəm, dilə gətirəcəyəm”-deyə, M. Quliyev daha sonra sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az