2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları ilə bağlı – SƏRƏNCAM

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov iş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında Qərar imzalayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Etikxeber.az-a verilən məlumata görə, Qərarda qeyd edilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci hissəsinə və “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli 489 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2019-cu ilin 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerləri dəyişdirilsin.

Ə. Əsədov  həmçinin 2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında Sərəncam imzalayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən  verilən məlumata görə, Sərəncamda deyilir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 4-cü hissəsinə və “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli 489 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən 2020-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, mayın 24, 25-i Ramazan bayramı, iyulun 31-i, avqustun 1-i Qurban bayramı günləri müəyyən edilsin.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Sərəncamda nəzərdə tutulan günlər iş günü hesab edilmir.

Etikxeber.az

Read Previous

“Bu, böyük nikbinlik doğurur” – PREZİDENT LAVROVA BELƏ DEDİ – FOTO

Read Next

“Bunlar parlamentin işinin təşkilində müəyyən çətinliklər yaradır…” – ELDAR İBRAHİMOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir