2020-ci ilin dövlət büdcəsinin gəlirləri və xərcləri – AÇIQLANDI

2020-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 milyard 484 milyon manat məbləğində proqnozlaşdırılır.

Etikxeber.az xəbər verir ki, Maliyyə Nazirliyinin yaydığı məlumata görə, bu, 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1 milyard 316 milyon manat və yaxud 5,7% çoxdur.

Gələn il büdcə xərcləri isə 25 milyard 617 milyon 700 min manat məbləğində nəzərdə tutulub. Bu isə 2019-ci ilin təsdiq edilmiş göstəricisinə nisbətən 427.7 milyon manat və yaxud 1,7% çoxdur.

 Bundan başqa, 2020-ci ildə Azərbaycanın icmal büdcəsinin gəlirləri 27 milyard 605 milyon 300 min manat, xərcləri isə 28 milyard 192 milyon manat məbləğində proqnozlaşdırılır.

İcmal büdcənin kəsiri 586 milyon 700 min manat təşkil etməlidir.

Gələn il icmal büdcənin tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri isə 480 milyon 300 min manat məbləğində nəzərdə tutulub.

Bu, 2019-cu illə müqayisədə 96,6 milyon manat çoxdur. 

Etikxeber.az

Read Previous

Sabiq icra başçısının qudası-MƏHKƏMƏNİN KEÇMİŞ SƏDRİNİ ÖLDÜRDÜ- İŞ AĞIR CİNAYƏTLƏR ÜZRƏ İSTİNTAQ İDARƏSİ TAPŞIRILDI

Read Next

“Bu seçki də YAP namizədlərinin qalib gəlməsi ilə başa çatacaq” – ƏLİ ƏHMƏDOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir