2021-ci ilədək virtual reallıq qurğu istifadəçilərinin sayı 147 faiz artacaq

“OrbisResearch” analitik şirkəti 2016-2021-ci illərdə virtual reallıq qurğu istifadəçilərinin sayının 147 faiz artacağını açıqlayıb. Şirkət bu mövzu ilə bağlı “Virtual reallıq bazarına baxış: Texnologiya, həll, resurs və alətlər” adlı hesabat dərc edib.

Etikxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “Payspacemagazine” resursu məlumat yayıb.

Xəbər verilir ki, hesabatda yaxın 5 ildə virtual reallıq bazarının əsaslı şəkildə dəyişərək çoxlu yeni qurğu, əlavə, resurs və rabitə xətlərinin yaranacağı vurğulanır.

Məlumata görə, texnologiyanın məqsədi insanlar üçün real dünyaya yaxın maksimum şərait yaratmaqdır. 2020-ci ilədək virtual sistemlərin inkişafı daha da güclənəcək. Getdikcə daha çox virtual reallıq qulaqcıq və kaskaları yaranacaq, onların qiyməti ucuzlaşacaq.

Hazırda virtual reallıq sistemləri hazırlanma mərhələsində olsa da, elektron ticarət şirkətləri, xüsusilə “eBay” artıq bu sahədə fəaliyyətə başlayıb. Yazda “eBay” Avstraliyanın “Myer” supermarketi ilə tərəfdaşlıqda ictimaiyyətə virtual alış-veriş üçün əlavə təqdim edib.

İnnovativ supermarket müxtəlif kateqoriyalı məhsullar təklif edir. İstifadəçi üçölçülü interfeysdə hərəkət edərək burada mallarla əyani şəkildə tanış ola bilir, mağaza isə onun marağına uyğun qurulur.

Etikxeber.az

Read Previous

Mətbuat Şurasının sədri Dünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısında iştirak edib

Read Next

Ahıl və kimsəsiz şəxslərin hospitalizasiyası işi yaxşılaşdırılır?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir