2021-ci ilin payızında Şəhidlik məqamına ucalan-GORANBOYLU ƏFQAN HƏMZƏYEVİN CƏNNƏTDƏKİ İKİNCİ DOĞUM GÜNÜDÜR, BU GÜN ONUN 21 YAŞI TAMAM OLUR… – FOTOLAR – YENİLƏNİB – (4)

Goranboy rayonunun Şəhidlərindən olan Əfqan Bəhman oğlu Həmzəyevin doğum günüdür.

Əfqan Həmzəyevin 21 yaşı tamam olur.

Bu, Şəhidin Cənnətdəki ikinci doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Əfqan Həmzəyev 2002-ci ilin avqust ayının 28-də Qəhrəman Goranboy rayonunun Borsunlu kədində çox kasıb bir ailədə dünyaya gəlib.

Ailənin iki övladından biri, evin tək oğlu olub.

Orta məktəbi bitirdikdən sonra, 2020-ci ilin oktyabr ayında, İkinci Vətən Müharibəsinin ən qızğın vaxtlarında həqiqi hərbi xidmətə çağırılıb, amma müharibə, döyüş bölgəsinə göndərilməyib.

Əvvəl Bakıda, sonra isə Ağdam istiqamətində hərbi xidmətdə olub.

Və Əsgərliyinin bir ilinin tamamında, ötən ilin oktyabrın ayının 14-də, saat 18:15 radələrində qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Ağdam isiqamətində Şəhid olan Əfqan Həmzəyevin nəşi bir gün sonra, oktyabr ayının 15-də Borsunlu kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidliyindən sonra medallarla təltif olunub.

O, həm də subay olub.

***

Cənnətdəki ikinci doğum günü ilə bağlı bu gün Şəhidin məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Qısa çıxışlar edilib, məktəblilər tərəfindən şeirlər səsləndirilib.

Ziyarətdən sonra Cənnətdəki ikinci doğum günü ilə bağlı mərasim düzənlənib, adına ehsan süfrəsi açılıb.

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.

Eyni zamanda, çıxışlar edilib, ailəsinə Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki ikinci doğum günü təbrik olunub.

Şəhidin məzarını ziyarətdə və Cənnətdəki ilk doğum günü ilə bağlı mərasimdə Şəhidin ailə üzvləri, yaxınları, Goranboydan, Naftalandan və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, əfsanəvi Goranboy batalyonunun rəhbəri, polkovnik Rasim Əkbərov, din xadimləri, Goranboy rayon İcra Hakimiyyətinin təmsilçiləri və digər şəxslər iştirak ediblər.

Məkanı cənnətlik, Cənnətdəki ikinci doğum günü-21 yaşı mübarək olsun!

Nur içində yatsın!

13:23

***

FOTOLAR:

***

***

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“G7 və NATO ölkələri Rusiyanın Ukraynada başlatdığı müharibədə məğlub olması üçün hər şeyi etməlidir”-KANADANIN BAŞ NAZİRİ

Read Next

İki övladı Vətənə əmanət qalan polkovnik-leytenant, Vətən Müharibəsi Qəhrəmanı-ANAR ƏLİYEVİN BU GÜN CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜDÜR, ONUN 43 YAŞI TAMAM OLUR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir