“2022-ci ildə təmasların davam etdirilməsi barədə söhbət olub, amma hələlik tarixlər məlum deyil”-SƏFİR

Azərbaycan və Ermənistan ictimaiyyət nümayəndələrinin görüşləri münasibətlərin normallaşmasına xidmət edəcək.

Etikxeber.az xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov 2021-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ötən ilin sonunda baş tutmuş ilk belə görüş münasibətlərin qurulması prosesinin başlanması üçün tərəflərdən dəstək alıb.

“2022-ci ildə təmasların davam etdirilməsi barədə söhbət olub, amma hələlik tarixlər məlum deyil”-deyə, səfir bildirib.

Xatırladaq ki, 2021-ci il dekabrın 23-24-də Moskvada Azərbaycan və Ermənistan ictimaiyyət nümayəndələrinin iştirakı ilə ilk görüş keçirilib.

***

Sonra “Biz inanırıq ki, “3+3” platforması etimadın yaradılmasına kömək edir, həmçinin humanitar, mədəni, iqtisadi münasibətlərə, regionda kommunikasiya və nəqliyyatın açılmasına kömək edəcək”-deyən səfir Gürcüstanın bu formata qoşulmaması ilə bağlı bildirib ki, bu, həmin ölkənin qərarıdır:

“Gürcüstan nə zaman qoşulmaq istəsə, buna hazır olsa, qapı açıqdır”.

Etikxeber.az

Read Previous

Hakerlər sosial şəbəkə hesablarını sındırdı-BAŞ PROKURORLUQ VƏTƏNDAŞLARA MÜRACİƏT ETDİ

Read Next

“Azdrama” bağlandı-KORONAVİRUSA GÖRƏ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir