2024-cü ilin 7 fevral tarixində Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək-SƏRƏNCAM

Ölkə Prezidenti İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında Sərəncam imzalayıb.

Etikxeber.az xəbər verir ki, Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq qərara alıram:

1. Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilsin.

2. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin.

Etikxeber.az

Read Previous

Horadizdə traktor minaya düşdü-SÜRÜCÜ XƏSARƏT ALDI

Read Next

Şuşada keçmiş erməni postu ərazisindəki tar fabrikində mina partladı-“AZƏRENERJİ” ƏMƏKDAŞI XƏSARƏT ALDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir