“21 əsrin “imperiya” modeli Cənubi Koreyadır…” – NATİQ CƏFƏRLİ

Hələ də 21 əsrdə “böyük dövlət” olmağın ərazi ilə ölçüldüyünü düşünənlər var. 

Hələ də 21 əsrdə Şumal qonşumuzun “İmperiya” anlayışının ərazi genişlənməsindən, torpaq işğalından keçdiyinə inanır.

Hələ də 21 əsrdə qardaş ölkə Türkiyədə “Yeni Osmanizmin” ərazi böyüməsi ilə eyniləşdirirlər.

Hələ də 21 əsrdə Cənub qonşumuz ərtaf ərazilərə özününkü gözü ilə baxır.

Amma nə Şimal, nə Cənub qonşumuz düz-əməlli tozsoran belə istehsal edə bilmirlər, qardaş ölkə olan Türkiyə isə sürətlə cahilləşir. 

Hələ də anlamırlar ki, 21 əsrin “imperiya” modeli, məsələn, Cənubi Koreyadır, 1,5 trilyon dollardan çox olan iqtisadiyyatı, 500 mlrd. ixracatı, 74% ali savadlı əhalisi var.

Öz malları ilə bütün dünyanı tutub, maşınları qarajları, məişət texnikası evləri, mobil telefonları cibləri “işğal” edib. 

Böyük dövlət olmaq torpaqla ölçülmür, Rusiya ərazi olaraq Cənubi Koreyadan 40 dəfə döyükdür, amma iqtisadiyyatı həmin ölkədən 4 dəfə kiçikdir, baxmataraq ki, Rusiyada Mendeleyev cədvəlinin bütün elementləri var.

Yeri gəlmişkən, Böyük Azərbaycan mənim üçün məhz C. Koreya modelidir – elm və təhsili yüksək, iqtisadiyyatı innovativ, vizionu dərin, ixracatı çoxşaxəli.

Malı, xidməti, elmi, təhsili ilə Təbrizə nüfuz etmədən “Böyük Azərbaycan”dan  danışmaq, elə Moskva, Tehran, Ankara kimi düşünmək deməkdir.

Bu düşüncə isə uğur gətirən düşüncə deyil, tarix də sübut edib ki, belə düşüncə itkilərə yol açır, qazandırmır.

Belə…

Natiq CƏFƏRLİ

Etikxeber.az

Read Previous

Dəmiryol qəzası: həlak olanların sayı 12-yə, yaralananların sayı 260-a çatıb – CAR-DA

Read Next

Blanşet Kann festivalının münsiflər heyətinin sədri seçildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir