21 dərəcə isti olacaq-BAKIDA…

Aprelin 12-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  Etikxeber.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 9-12° isti, gündüz 16-21° isti olacaq.

Atmosfer təzyiqi 756 mm civə sütunundan 751 mm civə sütununa enəcək.

Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq.

Lakin bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq rayonlarda qar yağacağı ehtimalı var.

Gündüz əksər rayonlarda yağıntıda fasilə olacaq.

Bəzi yerlərdə arabir duman olacaq.

Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 7-12° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.

Etikxeber.az

Read Previous

Əliyev Bosniya və Herseqovinanın təhlükəsizlik nazirini-QƏBUL ETDİ – FOTO

Read Next

60 yaşı tamam olan millət vəkili 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə-TƏLTİF EDİLDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir