Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Mehriban Əliyevanın ötən dövr ərzində və birinci vitse-prezidentliyi dövründə Azərbaycan dövləti, cəmiyyəti üçün gördüyü işlər əvəzolunmazdır.
Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədr müavini, professor Jalə Əliyeva ölkənin birinci xanımı Mehriban Əliyevanın Azərbaycanın birinci vitse-prezidenti təyin olunmasının iki ilinin tamam olmasına münasibətini bildirərkən deyib.
O, qeyd edib ki, M. Əliyeva ictimai-siyasi fəaliyyəti ilə ölkəmizin hər bir vətəndaşının qayğısını çəkən ana simvoluna çevrilib:
“Mehriban Əliyevanın çox yüksək təşkilatçılıq bacarığı da mövcuddur. Belə ki, Birinci Avropa Oyunlarının, İslam Həmrəylik Oyunlarının yüksək və peşəkar səviyyədə təşkili və həyata keçirilməsində Təşkilat Komitəsinin rəhbəri kimi Mehriban Əliyevanın böyük və əvəzolunmaz əməyi olub. Bundan əlavə, Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlılara qarşı törədilən genosidin dünyada tanıdılmasında Mehriban xanım Əliyevanın rolu böyükdür. “Xocalıya ədalət” kampaniyası çərçivəsində Azərbaycan həqiqətlərinin dünyaya yayılması üçün aparılan işlər xüsusi əhəmiyyət daşıyır. Qısa müddət ərzində bir çox çox ölkə Xocalı qətliamını rəsmən soyqırımı kimi qəbul edib. Əlbəttə, bu onun gördüyü işlərin bir qismidir”.
J. Əliyeva M. Əliyevanın MM-dəki fəaliyyət dövründən də danışıb:
“Mehriban Əliyevanın Milli Məclisin deputatı kimi də fəaliyyəti peşəkarlıq və səmərəlilik baxımından xüsusilə diqqətəlayiq olub. O, 2005, 2010 və 2015-ci illərdə Milli Məclisin deputatı seçilib. Mehriban xanım həm də 2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. 2013-cü ildən isə partiyanın sədr müavinidir. Milli Məclisdəki fəaliyyəti dövründə Mehriban xanım humanizm prinsiplərinə sadiqliyini dəfələrlə sübut edib. Onun təşəbbüsü ilə 2007, 2009, 2013 və 2016-cı illərdə Milli Məclis tərəfindən amnistiya aktları qəbul olunub. Bu amnistiya aktlarında ümumilikdə 30 mindən çox məhkum müxtəlif növ cəzalardan azad edilib”.
Millət vəkili bildirib ki, M. Əliyeva bu gün bütün dünyaya xarici gözəlliklə daxili böyüklüyün vəhdətini nümayiş etdirir:
“Təsadüfi deyil ki, Mehriban xanım birinci vitse-prezident təyin edildikdən sonra ilk iclasını qaçqınların və məcburi köçkünlərin problemləri istiqamətində qurdu. Onların problemlərinin vaxtında və yüksək səviyyədə həll edilməsi ilə bağlı tapşırıqlar verdi. Daha sonra qaçqınlar və məcburi köçkünlər üçün tikilmiş yeni binaların açılış mərasimlərində iştirak etdi. Bütün bunlar bir daha göstərir ki, Azərbaycanın birinci vitse-prezidenti çox humanist və vətəndaşların qeydinə qalan şəxsiyyətdir. Bütün bunlar ölçüyə sığmayan addımlardır. Bu, hər kəsin nail ola bilmədiyi yüksək insani keyfiyyətdir. Bütün bunlar Mehriban xanımı bütün dünyanın birinci xanımlarından, qadınlarından fərqləndirən əhəmiyyətli keyfiyyətdir”.
Deputat M. Əliyevanı I vitse-prezident təyin edilməsinin ikinci ili münasibətilə təbrik edib:
“Mehriban xanıma uzun ömür can sağlığı arzu edirəm. Cənab prezidentlə birlikdə addımladığı şəxsi və siyasi həyatında ona çox böyük uğurlar arzulayıram”.
Digər millət vəkili Eldəniz Səlimov da hesab edir ki, M. Əliyevanın son 2 illik fəaliyyəti bir daha 21 fevral 2017-ci il sərəncamının, təyinatının nə qədər doğru və düzgün olduğunu təsdiqlədi.
Millət vəkili qeyd edib ki, bir daha təsdiqlənmiş oldu ki, ölkə prezidentinin seçimi, qərarı yerində və zamanında olan bir seçim, bir qərardır:
“Ümumiyyətlə, Mehriban xanım Əliyeva siyasi karyerası və ictimai fəaliyyəti dövründə başladığı bütün işlərin öhdəsindən böyük məharətlə və ustalıqla gəlir. İstər Heydər Əliyev Fondunun rəhbəri, istər millət vəkili, istər UNSESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, istərsə də birinci vitse-prezident kimi Mehriban xanım üzərinə götürdüyü missiyanı və üzərinə düşən işləri, vəzifələri çətinliyindən, asanlığından, sadəliyindən, mürəkkəbliyindən asılı olmayaraq, hamısını şərəf və ləyaqətlə, uğurlu və layiqincə yerinə yetirib, bu gün də bu şərəfli, Azərbaycan xalqı və dövləti naminə xidmət missiyasınıa davam etməkdədir. Mehriban xanım ölkə prezidentinin həyat yoldaşı olmaqla yanaşı, həm də onun ən sadiq və ən sədaqətli silahdaşıdır.
Onlar qoşa qanad kimi yorulmadan böyük şövq və əzmlə Azərbaycan xalqının və artıq 28-ci ilini yaşayan ikinci müstəqil Azərbaycan dövlətinin inkişafı, intibahı, tərəqqisi, çiçəklənməsi üçün birlikdə çalışır və fəaliyyət göstərirlər. Nəticələr, nailiyyətlər, uğurlar da göz önündədir, sayı bir deyil, iki deyil, onlarla, yüzlərlədir. Bunlar da məhz deyildiyi kimi, Mehriban xanımla cənab prezidentin birgə fəaliyyətinin, birgə əməyinin, birgə zəhmətinin nəticəsidir. Bu yerdə onu da xatırladım ki, 21 fevral 2017-ci il təyinatından cəmi bir neçə gün sonra “Rossiya 1” telekanalının “Vesti nedeli” proqramına müsahibəsində yeni təyinatın üzərinə qoyduğu böyük məsuliyyət barədə danışan Mehriban xanım belə demişdi:
“Mən Prezidentin etimadını, ən başlıcası isə mənə inanan, ümid bəsləyən insanların etimadını doğrultmalıyam”.
Həmin dövrdən bu günə qədər olan titanik fəaliyyət də məhz bu etimadın tam doğrulduğuna əyani sübut və nümunədir. Azərbaycan cəmiyyəti də bunun şahididir. Bu baxımdan, hər kəs bir daha inanır ki, Mehriban xanım hazırda qüdrətli, nüfuzlu dövlətə çevrilmiş Azərbaycanın gələcək inkişafı, xalqımızın firavanlığı naminə çoxşaxəli fəaliyyətini bundan sonra da əzmlə davam etdirəcək, növbəti uğurlarına, zəfərlərinə imza atacaq. Mehriban xanıma bundan sonrakı fəaliyyətində də uğurlar və uğurlar arzu edirik”.
Etikxeber.az