“21-lər”: Xanım millət vəkillərinin sayı dəyişmədi-BƏS HANSILARI DAHA ÇOX ÜSTÜNLÜKLƏRİ İLƏ FƏRQLƏNDİ? – FOTOLAR

Məlum olduğu kimi, 5-ci çağırış parlamentin 125 üzvündən 21-i xanım millət vəkili idi.

Sonradan xanım millət vəkillərinin sayı 20-yə endi.

Belə ki, 2017-ci ildə ölkənin Birinci vitse-prezidenti təyin olunan Birinci ledi Mehriban Əliyeva vəzifəsi ilə əlaqədar deputatlıqdan getdi, onun səahiyyətlərinə xitam verildi.

Beləliklə, sonuncu-5-ci çağırış Milli Məclis (MM) vaxtından əvvəl buraxılana qədər parlamentdə 20 qadın millət vəkili təmsil olundu.

Onlardan 8-i SSRİ Xalq artisti, ünlü sənətkar Zeynəb Xanlarova, Xalq yazıçısı Elmira Axundova, akademik Gövhər Baxşəliyeva, professor Aytən Mustafayeva Flora Qasımova özləri yenidən seçkilərə qatılmadı, 4 dəfə millət vəkili olan vitse-spiker Bahar Muradova, o cümlədən, 5-ci çağırış MM-in üzvləri-Sona Əliyeva ilə Dilarə Cəbrayılova hər üçü hakim Yeni Azərbaycan Partiyasının (YAP) siyahısından kənarda qaldı.

Yerdə qalan 12 xanım millət vəkili-YAP üzvü və bitərəf olanlar-Sahibə Qafarova, Jalə Əliyeva, Qənirə Paşayeva, Pərvin Kərimzadə, Kamilə Əliyeva, Sevinc Fətəliyeva, Sevinc Hüseynova, Ülviyyə Ağayeva, Ülviyyə Həmzəyeva, Aqiyə Naxçıvanlı, Məlahət İbrahimqızı Sədaqət Vəliyeva növbəti seçkilərə qatıldılar və ilkin nəticələrə görə, yenidən qalib oldular.

Çox maraqlıdır ki, bu dəfə də eyni say oldu qadın seçilənlər arasında.

Belə ki, adları çəkilənlərdən savayı bitərəfli və YAP-lı daha 9 xanım seçkilərin qalibi oldu.

Bunlar da Könül Nurullayeva, Nigar Arpadarai, Jalə Əhmədova, Əminə Ağazadə, Sevil Mikayılova, Afət Həsənova, Hicran Hüseynova, Fatma Yıldırım və Səbinə Xasıyevadır…

Onu da qeyd edək ki, seçilənlər arasında liderlik Məlahət İbrahımızına məxsusdur.

O, 5-ci dəfə seçkilərin qalibi oldu.

İkincilik 2005-ci ildən, 3-cü çağırışdan parlamentin üzvü olan və 4-cü dəfə qələbə qazanan professor, MM-in Mədəniyyət komitəsinin sədr müavini, QDİƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin üzvü Jalə Əliyeva professor, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayevaya məxsusdur.

Üçüncülük isə 4-cü çağırışdan, 2010-cu ildən parlamentiin üzvü olan və 3-cü dəfə qələbə qazanan Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, “Avronest” Parlamen Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri, professor, BSU-nun prorektoru Sahibə Qafarova, BDU-nun kafedra müdiri, professor Kamilə Əliyeva, MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın şöbə müdiri Sevinc Fətəliyeva, YAP-ın Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva, MM-in Aqilə, qadın və uşaq problemləri komitəsinin sədri, professor Aqiyə NaxçıvanlıSevinc Hüseynovaya məxsusdur.

Həmçinin, qeyd edək ki, könhə və yeni xanım millət vəkillərindən bəziləri təbliğat-təşviqat kampaniyasında bir sıra üstünlükləri, kreativlikləri, səmimi və maraqlı seçki mübarizəsi aparmaları ilə seçildilər, fərqləndilər.

Bu sırada Sahibə Qafarovanın, Qənirə Paşayevanın, Jalə Əliyevanın, Kamilə Əliyevanın, Məlahət İbrahimqızının, Pərvin Kərimzadənin, Könül Nurullayevanın adlarını çəkmək olar.

İstər mediada, istər parlamentdə aktivlikləri ilə seçilən xanım millət vəkilləri seçki kampaniyasında da öz üstünlüklərini nümayiş etdirə, seçicinin rəğbətini, dəstəyini qazana bildilər.

Yəni, seçilmələrində, öz dairələrində seçkilərin qalibi olmalarında bu amil, bu məqam-təbliğat-təşviqat kampaniyası xüsusi rol oynadı…

Etikxeber.az

Read Previous

Mandatından-İMTİNA EDƏNLƏR-MİRMAHMUD MİRƏLİOĞLU VƏ LALƏ ŞÖVKƏT…

Read Next

“Məni özünüzün doğmanız gördüyünüzü bir daha isbat etdiniz…” – JALƏ ƏLİYEVADAN MİNNƏTDARLIQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir