22 min 614 ali və 32 min 272 orta tibb işçisinə sertifikasiya şəhadətnaməsi verilib – Səhiyyə Nazirliyi

Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyasında əhaliyə tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına və peşəkar kadrların hazırlanmasına istiqamətlənən tədbirlərə həsr olunmuş mətbuat konfransı keçirilib.

Mətbuat konfransında qeyd olunub ki, son illər ölkəmizin səhiyyə sahəsində zəruri islahatlar həyata keçirilir, tibb müəssisələri müasir avadanlıqla təchiz edilir, bu avadanlıqla işləyən tibb heyətinin bilik və təcrübə səviyyəsinə xüsusi diqqət yetirilir.

Etikxeber.az xəbər verir ki, Azərbaycanda həkimlərin sertifikasiyası prosesi 2011-ci ilin yanvar ayından başlayıb. İmtahanlar icbari qaydada aparılır. Sertifikasiyadan keçən mütəxəssislər və orta tibb işçiləri beş il ərzində tibbi praktika ilə məşğul olmaq hüququna malikdirlər. Vurğulanıb ki, bu prosesdə heç bir yaş senzi, habelə tibbi təhsilin alındığı ölkəyə tələblər yoxdur. Xarici ölkənin ali tibb məktəbinin məzunu olan vətəndaşların diplomları sertifikasiyadan əvvəl Təhsil Nazirliyinin nostrifikasiyasından keçməlidir. Sonra onlar sertifikat almaq üçün imtahana buraxılırlar. Test bazası hər il 20 faiz yenilənir.

Sertifikasiya prosesini daha da təkmilləşdirmək və şəffaflığını təmin etmək üçün Nazirlər Kabineti 2015-ci il 1 dekabr tarixli 371 nömrəli Qərarı ilə “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”na sənəd qəbulu və imtahan proseduru ilə bağlı müəyyən dəyişikliklər edib. Sertifikasiyadan keçməyən şəxslərin tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olması qadağandır.

Qeyd olunub ki, imtahanlar yalnız Azərbaycan dilində aparılır.

Etikxeber.az

Read Previous

“Azərbaycanın dünya ölkələri ilə humanitar sahədə əməkdaşlığı güclənməkdədir”- Məmmədyarov

Read Next

Vitse-prezident: “Şadam ki, belə bir gəncliklə tanış oldum…”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir