22 yaşı tamam olan Şəhid Sahil Rəsulov-SABAH MƏZARI ZİYARƏT OLUNACAQ, CƏNNƏTDƏK İLK AD GÜNÜ İLƏ BAĞLI MƏRASİM KEÇİRİLƏCƏK

Qəhrəman Goranboyun Qəhrəman Səfikürd kəndinin İkinci Vətən Müharibəsi Qəhrəmanlarından, İgidlərindən və Şəhidlərindən biri də 21 yaşında Şəhidlik zirvəsinə ucalmış Sahil Sərvan oğlu Rəsulovdur.

Etikxeber.az xəbər verir ki, hərbçi-MAXE Sahil Rəsulov 1999-cu ilin iyulun 24-ündə Səfikürd kəndində sadə, zəhmətkeş bir ailədə anadan olub.

Orta məktəbi qurtardıqdan sonra 2019-2020-ci illərdə hərbi qulluqda, Vətənin keşiyində olub…

Əsgərlikdən az sonra yenidən taleyini Ordu, hərb ilə bağlayıb, MAXE kimi fəaliyyət göstərməyə başlayıb.

İkinci Vətən Müharibəsi başlayan zaman isə döyüşlərə ilk atılanlardan olub.

Tərtər-Ağdərə, Suqovuşan istiqamətlərində döyüşüb, Suqovuşanın düşməndən azad edilməsində iştirak edib…

Və 2020-ci ilin oktyabrında elə Suqovuşan istiqamətində döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Oktyabrın 11-ində Səfikürd qəbiristanlığındakı Şəhidlər məzarlığında dəfn edilib.

Ölümündən sonra medallarla təltif olunub.

Sabah, 24 iyul tarixində Sahilin Cənnətdəki-Cənnətindəki ilk doğum günüdür.

Bununla bağlı sabah 10:00-dan etibarən Şəhidin məzarının ziyarəti başlanacaq, sonra isə doğulub boya-başa çatdığı evdə mərasim düzənlənəcək.

Ziyarət və mərasimdə Goranboydan, Naftalandan və digər bölgələrdən olan Şəhid ailələri iştirak edəcəklər.

Nur içində yatsın, məkanı cənnətlik olsun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Narkotik təkcə səni yox, sevdiklərini də öldürəcək…Seçimini yaxşı düşün…!-RAQİF ALLAHVERDİ YAZDI

Read Next

“880 il Sənsiz” adlı qısametrajlı film-HAZIRLANDI – FOTO-VİDEO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir