22 yaşının tamam olmasına 4 gün qalmış və anasının doğum günündə Şəhid olan-EVİN TƏK OĞLU, 3 MEDALLI ELDAR BAXŞIYEV – ƏBƏDİYYƏTƏ UĞURLANMASININ İKİNCİ İLİNDƏ ANASI VÜSALƏ BAXŞIYEVAYA “ŞƏHİD ANASI” MEDALI TƏQDİM OLUNDU… – FOTOLAR – YENİLƏNİB

Bu gün Goranboy rayonunun Düzqışlaq kəndinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Eldar Sultan oğlu Baxşıyevin Anım Günüdür.

Eldar Baxşıyevin torpağa tapşırılmasından, Əbədiyyətə uğurulanmasından iki il keçir.

Etikxeber.az xəbər verir ki, Anım Günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin məzarı zıyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib.

Sonra Şəhidin ailəsinin yaşadığı evdə Anım mərasim başlayıb, adına ehsan süfrəsi açılıb.

Bir daha Şəhidin və cəmi Şəhidlərin ruhuna dualar oxunub.

Eldar Baxşıyevin ailəsinə Allahdan səbr və dözüm arzulanıb.

Eyni zamanda, Şəhidin anası Vüsalə xanıma (Vüsalə Barat qızı Baxşıyevaya) “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin təsis etdiyi “Şəhid anası” medalı və vəsiqəsi təqdim olunub.

Şəhid anasına medal və vəsiqəni adıçəkilən təşkilatın təmsilçisi, jurmalist Kamil Həmzəoğlu təqdim edib.

Şəhidin anası da öz növbəsində “Vətən Naminə” təşkilatına və təşkilatın rəhbəri-Qubalı Şəhid anası Tünzalə Abduləlimovaya minnətdarlığını bildirib.

Qeyd edək ki, Eldar Baxşıyevin məzarını ziyarət və Anım mərasimində Şəhidin ailə üzvləri, yaxınları, Goranboylu Şəhid ailələri, Qazilər, din xadimləri, İcra başçısı Məhərrəm Quliyev başda olmaqla, Goranboy rayon İcra Hakimiyyətinin məsul şəxsləri və digərləri iştirak ediblər.

***

Qeyd edək ki, Eldar Baxşıyev 1998-ci ilin oktyabr ayının 7-də Goranboyun Düzqışlaq kəndində, sadə bir ailədə dünyaya gəlib.

Ailənin iki övladından biri və tək oğlu olub.

Hazırda 19 yaşında bir bacısı var.

Orta məktəbi bitirdikdən bir müddət sonra, 2016-cı ilin oktyabrında Əsgərliyə, hərbi xidmətə yollanıb.

Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissədə qulluq edib və Əsgərliyini başa vuraraq, yenidən ailəsinə, evinə dönüb.

İkinci Vətən Müharibəsində də könüllü olaraq, iştirak edib.

Və döyüşlərin, müharibənin 7-ci günündə, oktyabrın 3-də və anası Vüsalə xanım doğum günündə Suqovuşan istiqamətində qanlı döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Nəşi bir gün sonra, oktyabrın 4-də Düzqışlaq kənd qəbiristanlığında dəfn olunub, Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra 3 medalla-“Vətən uğrunda”, “İgidliyə görə” “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Eldar həm də subay olub.

Məkanı cənnətlik, məqamı Uca olsun!

Nur içində yatsın!

12:20

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

25 yaşında Vətən yolunda Şəhid olan Vətən sevdalısı-GİZİR, 3 MEDALLI, AİLƏNİN İKİ OĞLAN ÖVLADINDAN BİRİ, SUBAY RƏŞAD MİRZƏLİ…- FOTOLAR – YENİLƏNİB

Read Next

Şəmkirin İkinci Vətən Müharibəsi Şəhidləri: Ailənin iki oğlan övladı, peşəkar hərbçi, Gizir, hər ikisi iki övlad atası olan Şəhid qardaşlar-Cavid və Çingiz Məmmədovlar VƏ EVİN TƏK OĞLU, 3 YAŞINDA ATASINI İTİRƏN, 19 YAŞINDA VƏTƏN YOLUNUDA CANINI FƏDA EDƏN ZAUR NƏBİYEV – CAVİD MƏMMƏDOV VƏ ZAUR NƏBİYEVİN BU GÜN ƏBƏDİYYƏTDƏ UĞURLANMASINDAN İKİ İL ÖTDÜ…-FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir