“23 mindən çox cinayətkar qrup və dəstə zərərsizləşdirilib”-DAXİLİ İŞLƏR NAZİRİ

Son 19 ildə 23 mindən çox cinayətkar qrup və dəstə zərərsizləşdirilib.

Etikxeber.az xəbər verir ki, bunu iyulun 2-də Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Azərbaycan Polisi Gününə və 2021-2022-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasimdə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov deyib.

Qeyd olunub ki, həmçinin əllərdə qanunsuz saxlanılan 18 minə yaxın odlu silah yığılıb və onun tətbiqilə törədilən hüquqazidd əməllərin sayı xeyli azalıb.

Cinayətlərin orta hesabla 84 faizinin açılması təmin olunub, axtarışda olan 62 mindən çox təqsirləndirilən şəxs tutulub, qanunsuz dövriyyədən 17 tona yaxın narkotik vasitə çıxarılıb.

Respublikada əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı bu gün də əksər dünya ölkələri ilə müqayisədə xeyli azdır.

Etikxeber.az

Read Previous

Ailənin iki övladından biri, subay, bir orden və dörd medallı-ŞƏHİD SƏBUHİ ORUCOV – ŞƏHİDİN AİLƏSİ SOSİAL XİDMƏTLƏR AGENTLİYİ TƏRƏFİNDƏN NİYƏ İNCİDİLİR, ADININ OXUDUĞU MƏKTƏBƏ VERİLMƏSİ NİYƏ GECİKDİRİLİR? BUNLARA SON QOYULACAQMI, SON QOYAN OLACAQMI? – FOTOLAR

Read Next

Daha 33 yeni-YOLUXMA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir