23 yaşının tamamında Şəhid Rəşid Abdullayevin-MƏZARI ZİYARƏT OLUNDU, ADINA EHSAN-İFTAR SÜRƏSİ AÇILIDI… – FOTOLAR – YENİLƏNİB

Samux rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Rəşid Abdulla oğlu Abdullayevin doğum günüdür.

Rəşid Abdullayevin bu gün-23 mart 2025-ci il tarixində 23 yaşı tamam olur və bu, həm də Şəhidin Cənnətdəki beşinci doğum günü, mövlududur.

Cənnətdəki beşinci doğum günü ilə bağlı bu gün axşam saatlarında Şəhidin İnstitut qəsəbə qəbiristanlığındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib, “Quran” oxunub.

Ailəsinə Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki beşinci doğum günü təbrik olunub.

Şəhidin məzarını ziyarətdən sonra ailəsinin yaşadığı evdə adına ehsan-iftar süfrəsi açılıb, bir daha ruhuna dualar olunub.

Şəhidin məzarını ziyarətdə və Cənnətdəki beşinci doğum günü ilə bağlı təşkil edilən ehsan-iftar süfrəsində ailə üzvləri, Samuxlu Şəhid ailələri, din xadimləri və digər şəxslər iştirak ediblər.

Etikxeber.az xəbər verir ki, Rəşid Abdullayev 2002-ci ilin mart ayının 23-də Samux rayonunda dünyaya gəlib.

Ailənin iki övladından biri, evin tək oğlu, tək bacının tək qardaşı olub.

Tək bacısı hazırda ailəlidir.

2008-2019-cu illərdə Samux rayonunun İnstitut qəsəbə tam orta məktəbində təhsil alıb.

Orta məktəbi bitirdikdən, 18 yaşını tamamladıqdan sonra, 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb.

Azərbaycan Ordusunun Əsgəri kimi İkinci Vətən Müharibəsinə qatılıb.

Noyabr ayında Şuşa istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi İnstitut qəsəbə qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra 3 medalla təltif olunub.

Rəşid həm də subay olub.

Məkanı cənnətlik, Cənnətdəki beşinci doğum günü mübarək olsun!

Nur içində yatsın!

19:51

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Beynəlxalq məsələlərdə mövqelərimizin üst-üstə düşməsi və qarşılıqlı dəstəyimiz Azərbaycan-Pakistan qardaşlığının bariz ifadəsi olaraq ölkələrimizin və xalqlarımızın ümdə mənafelərinə xidmət edir…”-İLHAM ƏLİYEV

Read Next

“Əsgərliyə də çox böyük həvəslə getmişdi…Müharibə dövründə də bir dəfə olsun nədənsə şikayətlənmədi…Hər dəfə danışanda deyirdi ki, hər şey yaxşlıqdır, hər şey yaxşı olacaq, irəliyə-irəliyə gedirik…”-SAMUXLU- CƏMİ 19 YAŞLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ARİF HƏMZƏYEVİN ATASI MURADCAN HƏMZƏYEV – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir