24 yaşlı-4 medallı gənc hərbi həkim-HAZIRDA DA ƏN ÖN XƏTDƏ OLAN ORXAN EMİNOV!

44 günlük tarixi İkinci Vətən Müharibəsinin iştirakçıları, Qəhrəmanları, İgidləri arasında həkimlər, tibbi işçiləri, xüsusilə, hərblə bağlı olanları da az deyil…

Belə İgid, Qəhrəman hərbi həkimlərdən biri də Orxan Saleh oğlu Eminovdur…

Elə bu yerdə qeyd edim ki, Orxan həm də Qəhrəman Qızılhacılı, Qəhrəman Goranboy torpağının yetişdirmələrindən, İkinci Vətən Müharibəsi İgidlərindəndir…

1997-ci ilin avqustun 25-də Qızılhacılıda sadə bir ailədə-Eminovlar ailəsində dünyaya gələn Orxan 2014-cü ildə yüksək balla Azərbaycan Tibb Universitetinə (ATU) daxil olub…

2020-ci ilin yayında da ATU-nu müvəffəqiyyətlə başa vurub və fəaliyyətinə hərbi (təxliyəçi həm də) həkim kimi başlayıb…

İkinci Vətən Müharibəsinin ilk günündən, ilk saatlarından da ən ağır döyüş bölgələrində, ən qızğın döyüşlər gedən zonalarda hərbi həkim kimi, çalışıb, fəaliyyət göstərib…

Füzulidən Cəbrayıla, Cəbrayıldan Zəngilana, Zəngilandan Qubadlıya, Hadruta, Hadrutdan Xocavəndə və Şuşayacan uzun bir yol keçib…

Dəfələrlə, bəlkə də 44 günün hər bir günündə, hər bir anında özünü, həyatını təhlükə altına qoyaraq, yaralı əsgərlərimizə, hərbçilərimizə kömək olub, onları həyata döndərib, fədakarlıqlar göstərib…

Orxan bu gün də ən ön xətdə-Şuşadadır, orada hərbi həkim kimi, fəaliyyətini şərəflə və vicdanla yerinə yetirməkdə, davam etdirməkdədir…

Məhz İgidliyinə, Cəsurluğuna, Qəhrəmanlığına görə də təltifləndirilib, Haqqı olanı alıb…

Ali Baş Komandan İlham Əliyev tərəfindən 4 medalla-“Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalı və digər medallarla təltif olunub…

Cəmi 23 yaşında (söhbət müharibə dövründəki yaşından gedir) 4 medal…

Böyük uğur, böyük nailiyyətdir bir gənc, cavan, vətənpərvər həkim kimi…

Orxanın uğurları, nailiyyətləri hələ qabaqdadır…

Çünki vətənpərvər, Cəsur olduğu qədər də çox istedadlı, savadlı gəncdir…

Yenidən təhsilini davam etdirmək fikrindədir…

Ona istər hərbi həkim, istər ümumilikdə həkim kimi, fəaliyyətində, istərsə də gələcək təhsilində növbəti uğurlar, nailiyyətlər arzulayırıq…

Uğurların, nailiyyətlərin bol, Vətən eşqi ilə döyünən ürəyin, canın var olsun, Orxan həkim, Orxan balamız!

Allah səni və bütün İgidlərimizi qorusun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Elə birinci döyüşdə sağ qulağım partladı…Hazırda da həmin qulağım eşitmir…Amma hələ də mənə tibbi arayış verməkdən imtina edilir…”-İKİNCİ VƏTƏN MÜHARİBƏSİNİN İŞTİRAKÇISI ZEYNAL MAHMUDOV – FOTOLAR

Read Next

Suraxanı Rayon Polis İdarəsində 30-dan çox əməkdaşın işdən çıxarılmasına-AYDINLIQ GƏTİRİLDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir