23 yaşlı…Şəhid Şahmar Seyidov…Haqsızlıqla üzləşən-ŞƏHİD ANASI…-KAMİL HƏMZƏOĞLU YAZDI – (İKİNCİ HİSSƏ)

Mingəçevir Şəhidləri: Hər gün analarının yuxusuna girən Şəhid qardaşlar-Tural və Musa Həsənovlar, ölümündən 4 ay sonra övladı dünyaya gələn Məhəmməd Məmmədli-TALIŞDAN, SUQOVUŞANDAN DAŞALTIYACAN DÖYÜŞ YOLU KEÇƏN ŞAHMAR SEYİDOV…

(Yazının davamı:İkinci hissə)

Dərd üstünə dərd gələn, dərd gətirilən Şəhid ailəsi…

Şəhid Şahmar Fikrət oğlu Seyidov

Şahmar da Mingəçevirdən olub, Mingəçevirli balasıdır…

1997-ci il təvəllüdlüdür…

Subay olub…

İkinci Vətən Müharibəsi başlayana kimi, bir müddət orduda xidmət edib, MAXE olub və cəmi 5 ay…

Döyüş yolu da uzun olub…

Talış, Suqovuşandan başlayıb Daşaltıyacan davam edib…

Döyüşlərdə qəhrəmanlıqlar, igidliklər nümayiş etdirib, düşmənə qan uddurub, ad-san qazanıb…

İgidimiz oktyabrın 12-də də Daşaltı uğrunda ağır döyüşlərdə qəhrəmancasına Şəhid olub, Şəhidlik məqamına ucalıb…

Və Mingəçevirdə-Şəhidlər Xiyabanında torpağa tapşırılıb…

Ali Baş Komandan tərəfindən “Vətən uğrunda” medalı ilə təltif olunub…

Şəhidimizin anası (atası rəhmətə gedib, bir qardaşı var-İlkin) Əsməgül xanım da haqsızlıqla üzləşib…

Belə ki, Əsməgül xanım səhhəti ilə əlaqədar 13 ildir ikinci qrup əlil kimi pensiya alır, alırmış daha doğrusu…

Oğlu Şəhid olandan sonra ona deyiblər ki, öz əlillik pensiyandan imtina et, sənə oğlunun maaşının 40 faizi həcmində-məbləğində pensiya veriləcək…

“Ancaq sonradan deyildi ki, sənin qrupunun “qabağı” bağlanıb, sənə pensiya verə bilmərik…Məni durduğum yerdə həm pensiyamdan imtina etdirdilər, dedilər ki, oğlunun maaşının 40 faizi məbləğındə pul-pensiya veriləcək, həm də dedilər ki, qrupunun qabağ “dayanıb”…İndi mən nə edim, necə dolanım?…Oğul dərdi bir yandan, bir dərd də üstünə gətirdilər…Belə haqsızlıq, ədalətsizlik olmaz…”-deyir Şəhidimizin anası Əsməgül ana…

Sadəcə, sözün bitdiyi yer…

Şəhid ailəsinə, gözüyaşlı Şəhid anasına bu cür münasibət, sadəcə, vicdansızlıqdan başqa bir şey deyil və bunu edənlər öz cəzalarını almalıdırlar…

Şəhidimizin ailəsinin, Şəhid anasının üzləşdiyi haqsızlıq, ədalətsizlik tezliklə aradan qaldırılmalıdır!

(Ardı var)

Kamil HƏMZƏOĞLU (HƏMİDOV),

06.02.2021

Etikxeber.az

Read Previous

“Mincivan yenidən regional nəqliyyat habına çevriləcək və Ermənistan tərəfi bu məsələyə qoşularaq qətiyyətli olduğunu nümayiş etdirəcək”- PREZİDENTİN KÖMƏKÇİSİ

Read Next

“Daha güclü Azərbaycan naminə atılacaq addımlar və ya…”-ELDƏNİZ SƏLİMOVUN YAZISI – (ÜÇÜNCÜ-SONUNCU HİSSƏ)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir