230 yeni yoluxma faktı qeydə alındı-DAHA İKİ NƏFƏR DÜNYASINI DƏYİŞDİ…

Azərbaycan Respublikasında koronavirus infeksiyasına 230 yeni yoluxma faktı qeydə alınıb, 103 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1948 və 1950-ci il təvəllüdlü iki nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 4989 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3125 nəfər müalicə olunaraq sağalıb, 58 nəfər vəfat edib, 1806 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 50 nəfərin vəziyyəti ağır, 67 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 289.603 test aparılıb.

Etikxeber.az

Read Previous

Xüsusi karantin rejiminin müddəti iyunun 15-dək-UZADILDI, MƏHDUDİYYƏTLƏRİN BİR QİSMİ ARADAN QALDIRILDI

Read Next

“Cərimələrin məbləği hələ tam dəqiqləşməyib, bununla bağlı layihə hazırda Milli Məclsdədir” – İBRAHİM MƏMMƏDOV 190 MANAT MƏSƏLƏSİNƏ DƏ MÜNASİBƏT BİLDİRDİ – YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir