Ailənin iki övladından biri, 24 yaşında Vətən yolunda canını fəda edən “Qorxmaz gizir” ləqəbli, 5 medallı-ŞƏHİD ELFAQ AZAD OĞLU NAĞIYEV – ŞƏHİDİN ORDEN HAQQI VERİLƏCƏKMİ? – FOTO-VİDEO – YENİLƏNİB

Daha bir Qəhrəmanımız, daha bir Vətən sevdalımız…

Daha bir Nur üzlümüz, daha bir Şəhidimiz…

İkinci Vətən Müharibəsinin Şəhidi Elfaq Azad oğlu Nağıyev…

Elfaq 1996-cı ilin dekabr ayının 26-da Gədəbəyin Parakənd kəndində sadə bir ailədə dünyaya gəlib…

Ailənin iki övladından, iki qardaşdan biri olub…

Qardaşı Elvan ali təhsillidir…

Elfaq 2003-2012-ci illərdə orta məktəbdə oxuyub…

9-cu sinfi bitirdikdən sonra, 2012-2016-cı illərdə Şamaxı Humanitar Kollecində  “Bədən tərbiyəsi müəllimliyi” ixtisası üzrə ali təhsil alıb…

2016-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb…

2016-2018-ci illərdə  “N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olub…

O, peşəkar hərbçi olub, Gizir rütbəsini daşıyıb…

Və İkinci Vətən Müharibəsinin ilk günündən hərbçi-Gizir kimi döyüşlərdə iştirak edib…

Uzun və şərəfli döyüş yolu təxminən bir aya yaxın çəkib…

Döyüşçü, hərbçi yoldaşları, dostları arasında “Qorxmaz gizir” ləqəbə qazanan Elfaq Nağıyev Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan Hadrut istiqamətlərində döyüşüb, vuruşub, şüacət göstərib, Qəhrəmanlıq, İgidlik nümayiş etdirib…

Hadruta baraq sancanlardan biri olub…

Və oktyabr ayının 21-də Xocavənd istiqamətində qanlı döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb…

Nəşi iki gün sonra, oktyabrın 23-də doğulub boya-başa çatdığı Parakənd kənd qəbiristanlığında dəfn olunub…

Şəhidliyindən sonra bir neçə medalla-“Vətən uğrunda”, “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” “Xocavəndin azad olunmasına” medalları ilə təltif olunub…

Elfaq həm də nişanlı olub…

Ailəsi hazırda Bakı şəhərində, Birinci Zabrat qəsəbəsində yaşayır və bir xeyli müddət öncə bu qəsəbədə Şəhidin adını daşıyan “Şəhid bulağı”nın açılışı olub…

***

Bu gün axşam saatlarına yaxın Şəhidimizin ailəsində oldum…

Ailəsini, valideynlərini-anası Aytəkin xanımı, atası Azad kişini, dayısı, Qazi, birinci qrup müharibə əlili Sarvan Tağıyevi və qardaşı Elvan bəyi ziyarət etdim…

Onlara başsağlığı verdim, Allahdan səbr dilədim, “Şəhidimizin məkanı cənnətlik, məqamı Uca olsun!”-dedim…

Xeyli söhbətləşdim, dərdləşdim…

Söhbət zamanı bir daha Şəhidimizin keçdiyi 24 illik qısa, lakin şərəfli həyat, döyüş yoluna ekskurs edildi…

Ailəsi, əzizləri bir daha övladları ilə Fəxr etdiklərini, Qürur duyduqlarını ifadə etdilər…

Eyni zamanda, bir Şəhid ailəsi kimi Elfaqla bağlı arzularını bildirdilər…

Övladlarına orden, o cümlədən küçə və ya məktəb adının verilməsini istədiklərini, arzuladıqlarını dilə gətirdilər…

Arzularında da, istəklərində də tam haqlıdırlar…

Və aidiyyatı qurumlar, səlahiyyət sahibləri nəhayət, Şəhidin Haqqını verməli, Şəhid ailəsini az da olsa, sevindirməlidirlər…

Bəli, cəmi Şəhidlərimiz kimi, Elfaq Nağıyev də Fəxr edilməli, Qürur duyulmalı Vətən fədailərindəndir…

Bəli, hər birimiz Elfaq və cəmi Elfaqlarla Fəxr edir, Qürur duyur, İftixar hissi keçiririk…

Hər zaman onlara borcluyuq və borclu qalacağıq.

Ruhu şad, dərgahı mübarək olsun!

Nur içində yatsın!

17:32

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

62 yeni yoluxma-4 ÖLÜM…

Read Next

Anası tərəfindən təkbaşına böyüdülən, tək övlad, Baş leytenant-ŞƏHİD TELMAN ƏLƏKBƏROVUN CƏNNƏTDƏKİ İKİNCİ AD GÜNÜ: MƏZARI ZİYARƏT OLUNDU, MƏRASİM DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir