Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün Bakının Səbail rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan 24 yaşlı Vüsal Ariz oğlu Həsənovun Şabran rayonunun Zeyvə kənd qəbiristanlığındakı məzarı ziyarət olunacaq.
Etikxeber.az xəbər verir ki, ziyarətdə Şəhidin anası və qardaşı, Şəhidin yaxınları, Şabranlı və Səbailli Şəhid ailələri, Şəhid anaları iştirak edəcəklər.
Şəhid ailələri, Şəhid anaları bu dəfə Şabranda, Zeyvədə bir araya gələcəklər.
Ziyarət və görüş təxminən saat 12-13 radələrində baş tutacaq.
Qeyd edək ki, dünən, 3 iyul tarixində 24 yaşı tamam olan Vüsal Həsənov İkinci Vətən Müharibəsi zamanı Füzuli uğrunda döyüşlərdə Şəhid olub.
O, oktyabrın 11-ində ağır döyüşlər zamanı qəhrəmancasına həlak olaraq, Şəhidlik məqamına yüksəlib.
Şəhidimizin nəşi Şabranın Zeyvə kənd qəbiristanlığında, atasının yanında dəfn edilib.
Vüsal ailənin iki övladından biri və subay olub.
Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Nur içində yatsın, məkanı cənnətlik olsun!
00:06
***
Təxminən 13:30:14:00 radələrində Bakının Səbail rayonundan olan Şəhid ailələri, Şəhid anaları və Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının bəzi üzvləri Şabranın Zeyvə kənd qəbiristanlığında torpağa tapşırılan Şəhid Vüsal Həsənovun məzarını ziyarət ediblər.
Şəhidin məzarını ziyarətdə Şəhidin ailə üzvləri, yaxınları da iştirak ediblər.
Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb və əklil qoyulub.
Sonra Vüsal Həsənov da daxil olmaqla, bütün Şəhidlərin ruhlarına dualar oxunub.
Daha sonra Şəhid anaları, Şəhid ailələri və Səbail YAP-çıları (Fuad Heydər, məktəb direktoru Sədaqət Həsənova, Bəyim Nəbizadə və digərləri) Şəhid Vüsal Həsənovun Zeyvə kəndindəki yaxınlarından birinin evində bir araya gəliblər.
Onu da qeyd edək ki, ziyarət və görüşdə Şəhid anaları və Şəhid ailələrindən Şəhid Cəmil Məmmədlinin anası Aygün Məmmədova, Şəhid Murad Qurbanovun anası Mehriban xanım və bacısı, Şəhid Vüsal Teymurovun anası Nahidə xanım, Şəhid İlkin Əhədzadənin anası Asəmən xanım və qardaşı Emin Əhədzadə, Şəhid Əli Nağıyevin anası Lalə xanım, Şəhid Əli Tağıyevin anası Təranə xanım, Şəhid Bilal Qənbərovun anası Gültəkin xanım, Şəhid Nicat Şükürlünün anası Yeganə xanım və Şəhid Orxan İsmayılovun anası Həcər xanım iştirak ediblər.
Şəhidin anası Mərifət xanım və Şəhidin qohumları ziyarət və görüş üçün Şəhid ailələrinə və Səbail YAP-çılarına minnətdarlıqlarını, təşəkkürlərini ifadə ediblər.
Eyni zamanda, Şəhid anaları Vüsal Həsənov da daxil olmaqla, bütün Şəhidlərin Azərbaycan xalqının Qürur və Fəxr mənbəyi olduqlarını, onların heç zaman unudulmadıqlarını və unudulmayacaqlarını qətiyyətlə bildiriblər.
Qeyd ediblər ki, Qələbə və Zəfərimizə görə, 3 minə yaxın İkinci Vətən Müharibəsi Şəhidlərinə borcluyuq, onlara olan borcumuz heç zaman ödənməyəcək.
Təxminən iki saat davam edən ziyarət-görüşdən sonra Şəhid anaları, Şəhid ailələri və Səbail YAP-çıları bir daha Vüsal Həsənovun ailəsinə, yaxınlarına başsağlığı diləklərini çatdıraraq, dəstəklərini ifadə edərək, geriyə, Bakıya dönüblər.
Şəhidlər ölməz, Vətən bölünməz!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az