“Hər gün əlinin qabarını qayçı ilə kəsərdim…”-25 YAŞI TAMAM OLAN ŞƏHİD ƏMRAH CƏFƏRLİNİN ANASI – ŞƏHİDİN CƏNNƏTDƏKİ İKİNCİ AD GÜNÜ İLƏ BAĞLI MƏRASİM KEÇİRİLDİ, MƏZARI ZİYARƏT EDİLDİ – FOTOLAR – YENİLƏNİB – (3)

Bu gün Lənkəranın İkinci Vətən Müharibəsi Şəhidlərindən olan evin-ailənin 3 övladından biri, subay, 2 medallı Əmrah Yusif oğlu Cəfərlinin Cənnətdəki ikinci ad günü, 25 yaşının tamam olması ilə bağlı Şirinsu qəsəbəsində, Şəhidin ailəsinin yaşadığı evdə mərasim keçirilir.

Etikxeber.az xəbər verir ki, Şirinsunun İkinci Vətən Müharibəsində tək, yeganə Şəhidi olan Əmrah Cəfərli 1997-ci ilin yanvar ayının 22-də sadə bir ailədə dünyaya gəlib.

Əmrah İkinci Vətən Müharibəsi zamanı Xocavənd uğurunda döyüşlərdə, oktyabrın 15-də, 23 yaşında qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Nəşi bir gün sonra, oktyabrın 16-da Şirinsu qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, Şəhidin Cənnətdəki ikinci ad günü ilə əlaqədar mərasiminin saat 16:00-dan başlanması nəzərdə tutulsa da, artıq Lənkərandan, Masallıdan və Bərdədən olan Şəhid ailələri Əmrah Cəfərlinin ailəsini, ocağını ziyarət etməyə, 25 yaşının tamamı ilə bağlı mərasimə qatılmağa başlayıblar.

Onlar Şəhidin ailəsinə bir daha başsağlığı verib, onlara daha Allahdan səbr diləyib, Əmhrah Cəfərlinin Cənnətdəki ikinci ad gününü təbrik ediblər.

Şəhidin ailəsi də öz növbəsində övladlarının Cənnətdəki ad günü ilə bağlı onları ziyarətə gələnlərə, mərasimə qatılanlara, Şəhid ailələrinə öz minnətdarlıqlarını bildirib, belə bir gündə onları tək buraxmadıqları üçün öz təşəkkürlərini bildiriblər.

Onu da qeyd edək ki, mərasimdə Şəhidin adına ehsan süfrəsi açılıb.

Mərasim davam edir.

14:50

***

FOTOLAR:

ŞƏHİD ƏMRAH CƏFƏRLİNİN EV-MUZEYİ…

ŞƏHİD ANALARI…QƏHRƏMAN ANALAR…ƏMRAHIN ANASI XANIMQIZ ANA, BƏRDƏLİ ŞƏHİD FƏXRİNİN ANASI MEHPARƏ ANA VƏ MASALLILI ŞƏHİD SƏMƏNDƏRİN ANASI TƏRGÜL ANA…

MƏKTƏBLİ-GƏNC RƏSSAM ƏFSANƏ XAMIYEVA VƏ ŞƏHİDİN AİLƏ ÜZVLƏRİ…

MƏRASİM ZİYARƏTÇİLƏRİ…

ŞƏHİD ANALARI, ŞƏHİD AİLƏLƏRİ…

15:25

***

MƏZARININ ZİYARƏTİ…

ANA, ANALAR YANAR AĞLAR…

ŞƏHİDİN ANASININ FƏRYADI, ÜRƏKDAĞLAYAN, HƏR KƏSİ GÖZ YAŞLARINA BOĞAN SÖZLƏRİ:

“HƏR GÜN ƏLİNİN QABARINI QAYÇI İLƏ KƏSƏRDİM, MƏNİM ZƏHMƏTKEŞ, ZÜLMKEŞ, ARZULARI GÖZÜNDƏ QALAN BALAM…”

17:40

ŞƏHİDİN CƏNNƏTDƏKİ AD GÜNÜ İLƏ BAĞLI MƏRASİMİN DAVAMI…

18:40

***

Şəhidin Cənnətdəki ikinci ad günü ilə bağlı mərasim 4 saatdan çox davam edib.

Mərasimdə bir daha Şəhidin və cəmi Şəhidlərin ruhuna dualar edilib.

Şəhidin adına ehsan verilib.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

DSX-nın matrosu intihar etdi-CİNAYƏT İŞİ BAŞLANDI…-YENİLƏNİB

Read Next

Hava buludlu və duman olacaq-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir