“Alı mənə ömründə yalan danışmazdı, amma bir ay ərzində mənə yalan danışdı, məndən harada və nə vəziyyətdə olduğunu gizlətdi…”-25 yaşında Şəhid olan evin tək oğlu, ali təhsilli, iki medallı-ALI HƏSƏNLİNİN ANASI RAMİLƏ XANIM – FOTOLAR – YENİLƏNİB – (4)

Bu gün, 21 oktyabr tarixi Bakının Nizami rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Alı Nofəl oğlu Həsənlinin torpağa tapşırıldığı gündür.

Onun torpağa tapşırılmasından, Əbədiyyətə uğurlanmasından bir il keçir.

Bu gün Şəhidin Anım Günüdür.

Etikxeber.az xəbər verir ki, əslən Gürcüstanlı olan Alı Həsənli 1995-ci ilin 22 iyun tarixində dünyaya gəlib.

Ali təhsilli, evin tək-subay oğlu, iki bacının tək qardaşı olan Alı Həsənli İkinci Vətən Müharibəsi zamanı Füzüli istiqamətində döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Ölümündən, Şəhidliyindən sonra iki medalla-“Vətən uğrunda”  “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

***

Anım Günü ilə bağlı bu gün Alı Həsənlinin anım mərasimi keçiriləcək.

Mərasimdə Şəhidin ailə üzvləri, qonşuları, Bakıdan olan Şəhid ailələri və digər şəxslər iştirak edəcəklər.

Həmçinin, Şəhidin adına ehsan veriləcək.

Məkanı cənnətlik, məqamı Uca olsun!

00:01

***

Saat 09:35…

Nizami rayonu, Elşən Süleymanov küçəsi 137…

Şəhidimiz-Alıgildəyəm…

Ailə üzvləri-anası Ramilə xanım, atası Nofəl kişi, bacısı Fidanla, digər yaxınları ilə görüşürəm…

Onlara başsağlığı verir, Allahdan səbr diləyirəm…

“Cəmi Şəhidlərimizin, içində də Alımızın məkanı cənnətlik, məqamı Uca olsun! Ruhu qarşısında baş əyirəm!”-deyirəm…

Yenə də sözün bitdiyi, kəlmələrin aciz qaldığı an…

Təsəlli üçün söz də, kəlmələr də aciz qalır yenə…

***

Alı axırıncı dəfə anası ilə oktyabrın 19-da, atası və dostu ilə oktyabrın 20-də, Şəhid olmamışdan cəmi saatlar öncə danışıb…

Anası Ramilə xanım belə deyir…

Həmişəki kimi yenə şən-şux danışıb, ailəsini, anasını təlaşlandırmayıb…

Ramilə xanımın dediklərindən:

“Tez-tez danışardıq…Axırıncı dəfə oktyabrın 19-da danışdım…20-si günü isə atası və dostu ilə danışıb… Və elə həm gün, ayın 20-də, axşam 4-5 radələrində Şəhid olub balam…Şəhidliyi xəbərini isə ayın 21-də aldıq…Şəhid olduğunu hamı bilirmiş, bir məndən başqa…(Gözləri dolur, səsi titrəyir)…22-də də dəfn etdik, torpağa tapşırdıq…Çox ağır dərddir övlad dərdi…Allah heç kimə yaşatmasın!

…Həmişə danışanda da səsi gur gəlirdi, sanki kurortda, sanatoriyada idi…Mən ondan hal-əhval tutmaq əvəzinə, o məndən hal-əhval tutur, “ana, nə var, nə yox” deyirdi…O, məni heç zaman aldatmaz, mənə yalan danımazdı…Amma müharibədə olduğu bir ay ərzində həmişə məni aldatdı, hər dəfə soruşanda dedi ki, hər şey yaxşıdır, salamatçılıqdır…Sentyabrın 21-də getdi, oktyabrın 21-də də qayıtdı, amma tabutda…”

***

Sonra digər Şəhid ailələri, Şəhid anaları gəlir, Alının ailəsinə, anasına başsağlığı verir, səbr diləyirlər…

Eyni dərdli, dərd ortağ olan Analar…

Qürurlu, Dik duruşli, Qəhrəman analar…

Allah Alının anası da daxil olmaqla, hər birinə səbr və dözüm versin!

Qarşılarında baş əyirəm, baş əyirik!

10:10

***

Sonra həyətdə qurulmuş çadırda anım mərasimi başlayır, ehsan süfrəsi açılır…

10:25

***

FOTOLAR:

***

DƏRD VƏ QÜRUR ORTAĞI OLAN ŞƏHİD ANALARI, ŞƏHİD ANALAR, QƏHRƏMAN ANALAR…NATƏVAN XANLM, DİLBƏR XANIM, AYGÜN XANIM VƏ RAMİLƏ XANIM…

10:42

***

CƏNNƏT ANALAR…

11:07

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

İkinci Vətən Müharibəsi Şəhidlərinin son sayı aşıqlandı-2908 ŞƏHİD

Read Next

Oktyabrın 31-də Anım Günü olacaq evin-ailənin tək oğlu-Şəhid Cəfər Elyasovun – HƏRBİ BİLETİ NİYƏ AİLƏSİNƏ TƏHVİL VERİLMİR, QAZİ ATASININ PENSİYASI NİYƏ TAM ÖDƏNİLMİR?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir