Ailənin 2 övladından biri, subay, 25 yaşında Vətən yolunda Şəhid olan-ELYƏDDİN CƏFƏROVUN CƏNNƏTDƏKİ İKİNCİ DOĞUM GÜNÜNDƏ MƏRASİM KEÇİRİLDİ…- FOTOLAR – YENİLƏNİB – (4)

Bu gün Naftalanın İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Elyəddin Zöhrab oğlu Cəfərovun 27 yaşının tamam olması, Cənnətdəki ikinci doğum günü ilə bağlı mərasim keçirilib.

Etikxeber.az xəbər verir ki, 1995-ci ilin may ayının 24-də Naftalan şəhərinin Qaşaltı-Qaraqoyunlu kəndində anadan olan E.Cəfərovun Cənnətdəki ikinci doğum günü ilə bağlı mərasim saat “Ay-Ulduz” şadlıq sarayında baş tutub.

Mərasimdə Şəhidin ailə üzvləri, Naftalandan, Goranboydan, Bərdədən, Bakıdan, Samuxdan, Sumqayıtdan olan Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimləri, məktəblilər, Naftalan şəhər İcra Hakimiyyətinin məsil şəxsləri və başqaları iştirak ediblər.

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib, Şəhidin ruhuna dualar oxunub, çıxışlar olunub.

Məktəblilər tərəfindən Şəhidə və Şəhidlərə həsr olunmuş şeirlər ifa edilib.

Eyni zamanda, dini, Vətənə, Şəhidlərə həsr olunmuş mahnılar, İlahilər səsləndirilib.

Mərasimdə Şəhidin adına ehsan verilib.

Qeyd edək ki, E. Cəfərovun İkinci Vətən Müharibəsində könüllü olaraq iştirak edib.

Müharibənin 4-cü günündə, 2020-ci ilin sentyabr ayının 30-da Suqovuşan istiqamətində döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Ancaq nəşini 20 gün sonra əldə etmək mümkün olub.

Və oktyabr ayının 20-də nəşi doğulduğu kəndin qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidliyindən sonra 3 medalla təltif olunub.

Ailədə iki qardaş olublar.

Elyəddin evin böyük oğlu olub.

O, həm də subay olub.

Məqamı Uca, Cənnətdəki ikinci doğum günü mübarək olsun!

Nur içində yatsın!

11:50

***

FOTOLAR:

ŞƏHİD AİLƏLƏRİ VƏ QAZİLƏRLƏ MƏZARINI ZİYARƏT…

VƏ CƏNNƏTDƏKİ İKİNCİ DOĞUM GÜNÜ İLƏ BAĞLI MƏRASİM…

12:02

***

ÜC RƏNGLİ BAYRAĞIMIZIN MƏCLİSƏ GƏTİRİLMƏSİ, ƏZƏMƏTLİ DÖVLƏT HİMNİNİN SƏSLƏNDİRİLMƏSİ…

Şəhid Anasının dediklərindən:

“Müharibədən 20 gün əvvəl Elyəddin dedi ki, ana, ürəyimdə birini tutmuşam…Vaxt gələndə adını deyəcəyəm və 27 yaşında evlənəcəyəm…Bu gün övladımın, balamın, Elyəddinimin 27 yaşı tamam olur…Bu gün həm də Onun toy günüdür (Gözləri dolur)…Oğlum, mən Səninlə Fəxr edirəm, Qürur duyuram…Nə yaxşı ki, dünyamıza gəldin, nə yaxşı mənim balamsan, oğlumsan…”.

12:40

***

DƏRD VƏ QÜRUR ORTAQLARI…

13:20

***

17:20

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

4 yeni-YOLUXMA…

Read Next

28 yaşında Vətən yolunda Şəhid olan 10 ilin peşəkar hərbçisi, XTQ-çı, Gizir-NURLAN MADƏR OĞLU HÜSEYNOV…ŞƏHİDİN AİLƏSİ, VALİDEYNLƏRİ KİM(LƏR)DƏN VƏ NƏ(LƏR)DƏN İNCİK VƏ NARAZIDIR? ONLARIN İSTƏKLƏRİ, TƏLƏBLƏRİ NƏZƏRƏ ALINACAQMI?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir