250 müraciətə baxılıb və onların böyük əksəriyyətinə müsbət rəy verilib – Əfv Komissiyası

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Etikxeber.az bildirir ki, Komissiyanın üzvü Mehdi Mehdiyev APA-ya açıqlamasında deyib ki, iclasda 100 müraciətə baxılıb. Onun sözlərinə görə, dünən və bu gün keçirilən iclaslarda ümumilikdə 250 müraciətə baxılıb və onların böyük əksəriyyətinə müsbət rəy verilib.

Qeyd edək ki, Novruz Bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir. Həmin vaxta qədər daha bir neçə iclasın keçiriləcəyi gözlənilir. İclaslarda 800-dən çox müraciətə baxılması nəzərdə tutulur.

Etikxeber.az

Read Previous

“Əliyev Moskvaya yalnız iki nəfəri-mühafizə xidmətinin rəisini və aşpazını gətirdi…” – Soloduxin

Read Next

“Elektrik enerjisinin kəsilməsinə səbəb olanlar məsuliyyətə cəlb ediləcək”- DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir