257 nəfər namizədliyini geri götürdü – HACI SALAYEV DƏ BU SIRADADIR…

Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib.

Etikxeber.az Mərkəzi Seçki Komissiyasının (MSK) saytına istinadən məlumat verir ki, deputatlığa namizədliyi qeydə alınmış 1637 nəfərdən indiyə qədər 257 nəfəri deputatlığa namizədliyini geri götürüb.

Hazırda deputatlığa namizədliyin sayı 1380 nəfərdir.

Qeyd edək ki, namizədliyini geri götürənlər arasnda son iki çağırış Milli Məclisin (MM) bitərəf üzvü Hacı Salayev də var.

O, mətbuata açıqlamasında geri çəkilməsi ilə bağlı bunları deyib.

“Namizədliyimi geri götürməyimdə heç bir ciddi səbəb yoxdur. İki dəfə deputat olmuşam, bəsdir. Haqqımda o qədər nahaqdan yazdınız ki, deputat olduğuma peşman oldum. Haqqımda son yazılanlara baxdım və qərar verdim ki, deputat olmayım. İstəmirəm ailəmin, uşaqlarımın ünvanına nahaq yazılar yazılsın. Ona görə geri çəkildim ki, məni yaddan çıxartsınlar”.

Həmçinin, tanınmış simalardan-təhsil eksperti Elçin Əfəndi, keçmiş hərbçi Şair Ramaldanov və digərləri var.

Etikxeber.az

Read Previous

7 deputatlığa namizəd-AŞPA-NIN QIŞ SESSİYASINA GEDİR

Read Next

Asim Mollazadənin DİP-indən-KİMLƏR NAMİZƏDDİR?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir