26 illik “era” başa çatdı-ƏBÜLFƏS QARAYEV VƏZİFƏSİNDƏN UZAQLAŞDIRILDI

Prezident İlham Əliyev Əbülfəs Qarayevin Azərbaycan Respublikasının Mədəniyyət naziri vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

Etikxeber.az-ın xəbərinə görə, Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

Əbülfəs Mürsəl oğlu Qarayev Azərbaycan Respublikasının Mədəniyyət naziri vəzifəsindən azad edilsin.

Qeyd edək ki, Ə. Qarayev üst-üstə 26 ildir ki, nazir vəzifəsində çalışırdı.

O, Azərbaycanın nəhəng şəxsiyyətlərindən olan Qara Qarayevin qardaşı oğludur.

Etikxeber.az

Read Previous

“Öz dilimizdən səslənmiş fikir və ifadələrdən müdafiə olunmaq, o qədər də asan deyil…”-NAMİZƏD SƏFƏROV MİLLİ ŞURADAN AYRILDI

Read Next

Ziyafət Əsgərovun “komitəsi”-İKİ QANUN LAYİHƏSİNİ PLENARA TÖVSİYƏ ETDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir