Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İkinci Vətən Müharibəsi Şəhidlərindən Orxan Zöhrab oğlu İsmayılov və Səxavət Zeyniş oğlu Talıbzadənin Anım günləridir.
Bu gün-4 oktyabr 2026-cı il tarixində hər iki Şəhidin Əbədiyyətə uğurlanmasından altı il keçir.
Etikxeber.az xəbər verir ki, Orxan İsmayılov 23 yanvar 1990-cı il tarixində Ucar rayonunun Məlikballı kəndində anadan olub.
Ailənin iki övladından biri, tək bacının tək qardaşı, evin tək oğlu idi.
Sonra ailəsi ilə birlikdə Bakıya köçüb, Bakıda, Səbail rayonunda yaşayıblar.
1997-ci ildə Bakı şəhəri Xətai rayonu Tahir Bağırov adına 59 saylı məktəbin 1-ci sinfinə gedib.
2006-cı ildə 9-cu sinfi bitirdikdən sonra, yəni, elə həmin ildə də Ucar rayonunun Məlikballı kənd tam orta məktəbində təhsilini (10-11-ci sinifləri) davam etdirib.
2008-ci ildə 11-ci sinfi bitirib, həmin ildə də hərbi xidmətə yollanıb.
Hərbi xidmətini Bərdə rayonundakı hərbi hissələrdən birində keçirib, tankcı vəzifəsində xidmətə başlayıb.
2010-cu ilin 2 yanvar tarixində isə ordu sıralarından ehtiyata buraxılıb və elə həmin ildən avtomobil servisində çilingər işləməyə başlayıb.
Cəmi bir il sonra, 21 yaşında, 2011-ci ilin noyabr ayının 15-də ailə həyatı qurub, iki övladı dünyaya gəlib.
Zöhrab və Ayxan adlı iki oğlu ailəsinə əmanət qalıb.
Hər iki övladı orta məktəb şagirdidir.
2020-ci ilin 21 sentyabr tarixində isə səfərbərliyə cəlb olunub.
Cəmi 6 gündən sonra İkinci Qarabağ Müharibəsi ilə əlaqədar döyüşlərə yollanıb və oktyabr ayının 4-də Füzuli istiqamətində döyüşlərdə Vətən yolunda qəhrəmancasına həlak olaraq, Səhidlik zirvəsinə ucalıb.
Nəşi doğulub boya-başa çatdığı Ucar rayonunun Məlikballı kənd qəbiristanlığında torpağa tapşırılıb.
Şəhidliyindən sonra 3 medal və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Bakı şəhərində adını daşıyan küçə var.


***

Səxavət Talıbzadə isə 1998-ci ilin yanvarın ayının 1-də, Yeni ilin ilk günündə-Saatlı rayonunun Qaracalar kəndində sadə bir ailədə dünyaya gəlib.
Ailənin üç övladından, iki qardaşdan biri, həm də evin sonbeşiyi idi.
Səxavət 2004-2015-ci illərdə Qaracalar kənd tam orta məktəbində oxuyub və 2015-ci ildə Bakı Dəniz Balıq Sənayesi Kollecinə daxil olub.
Həmin kolleci iki il oxuduqdan sonra hərbi xidmətə, Əsgərliyə yollanıb, Mingəçevir və Tərtər istiqamətlərində yerləşən “N” saylı hərbi hissələrdə qulluq edib.
Əsgərliyini başa vurduqdan sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb və 2019-cu ildən Azərbaycan Ordusunda MAXE kimi fəaliyyətə başlayıb.
2020-ci ilin 27 sentyabrında İkinci Vətən Müharibəsinə qatılıb və şərəfli döyüş yolu 6 gün çəkib.
Axırıncı dəfə ailəsi ilə oktyabrın 2-də danışıb və elə həmin gün Suqovuşanda qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi ayın 3-də ailəsinə təhvil verilib və bir gün sonra, oktyabrın 4-də isə Qaracalar kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
O, həm də Qaracalar kəndinin iki İkinci Vətən Müharibəsi Şəhidindən biridir.
Qaracalar kəndində adını daşıyan küçə var.
Özündən böyük, həm də İkinci Vətən Müharibəsi iştirakçısı olan qardaşı və tək bacısı ailəli olsa da, Səxavət subay olub.
***
Bu gün həm də Şabranlı İkinci Vətən Müharibəsi Şəhidi, 4 oktyabr 2000-ci il doğumlu İlkin Saməddin oğlu Ağaquliyevin mövludu, Cənnətdəki altıncı doğum günüdür.
Onun 26 yaşı tamam olur.
İlkin 2006-2017-ci illərdə Şabran şəhər 1 saylı tam orta məktəbdə oxuyub…
Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki Azərbaycan Dövlət Pedaqoji Kollecinin Fiziki tərbiyə müəllimliyi ixtisasına qəbul olunub…
Eyni zamanda, orta məktəbdə oxuduğu dövrdə Şabran şəhər musiqi məktəbində 5 illik qarmon ixtisası üzrə təhsil alıb…
Həmçinin, həmin dövrlərdə cüdo idman növü ilə də məşğul olub, rayon və zona yarışlarında mükafatçı olub…
2018-2020-ci illərdə isə həqiqi hərbi xidmətdə olub…
2020-ci ilin aprelində-Əsgərliyini başa vurduqdan sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb, MAXE kimi fəaliyyət göstərməyə başlayıb…
2020-ci ilin 27 sentyabr tarixindən-İkinci Vətən Müharibəsi başlayan ilk saniyələrdən isə Vətənin müdafiəsinə atılıb…
Şərəfli döyüş yolu 20 gün çəkib…
Oktyanrın 16-da isə Ağdərə-Suqovuşan istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…
Nəşi 2 gün sonra, 18 oktyabr tarixində Şabran rayon Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…
Şəhidliyindən sonra 3 medalla-“Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda”, “İgidliyə” görə medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…
O da Səxavət kimi subay olub…
Doğulub boya-başa çatdığı küçəyə adı verilib…




Məkanları cənnətlik, ruhları şad olsun!
Nurlar içində yatsınlar!
Kamil HƏMZƏOĞLU
Etikxeber.az





