262 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alındı-DAHA İKİ NƏFƏR DÜNYASINI DƏYİŞDİ

Azərbaycan Respublikasında 262 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 72 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında qeyd olunub.

Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1960 və 1963-cü il  təvəllüdlü iki nəfər vəfat etmişdir.

Hazırkı dövrədək ölkəmizdə 6522 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 3737 nəfər müalicə olunaraq sağalmış, 78 nəfər vəfat etmiş, 2707 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 64 nəfərin vəziyyəti ağır, 75 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 322.574 test aparılmışdır.

Etikxeber.az

Read Previous

Bu tarixlərdə sərnişindaşıma tam dayandırılacaq-BNA AÇIQLADI

Read Next

“Məmur özbaşınalığı ilə bağlı hər bir siqnal araşdırılacaq…”- Prezident Ağcabədiyə-SƏFƏR ETDİ, AÇILIŞLARDA OLDU – FOTOLAR – YENİLƏNİB – (6)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir