27 sentyabr-Anım Günü ilə bağlı tədbirdə-ŞƏHİD QIZI DA YADDAN ÇIXMADI… – FOTOLAR

2026-2027-ci tədris ilində məktəbə, birinci sinifdə oxuyalar arasında daha bir Şəhid əmanəti var.

Gəncəli-16 noyabr 2021-ci il Şəhidi Natiq Yusif oğlu Əliyevin tək və yeganə, Vətənə əmanət övladı Zeynəb Natiq qızı Əliyeva artıq bir neçə gündür birinci sinfə gedir.

O, Gəncə şəhərində yerləşən məktəblərdən birində-M.A.Abbaszadə adına 20 saylı tam orta məktəbin birinci sinfində oxuyur.

Onu da qeyd edək ki, bu gün adıçəkilən məktəbdə qarşıdan gələn 27 sentyabr-Anım Günü, Şəhidlərimizlə bağlı tədbir düzənlənib.

Həmin tədbirdə iştirak edənlər arasında Şəhid qızı Zeynəb də olub.

Tədbirdən sonra isə məktəbin müəllimləri Şəhid qızı Zeynəblə foto(lar) çəkdiriblər.

Xatırladaq ki, Zeynəb Əliyeva sözügedən məktəbdə təhsil iki Şəhid övladından biridir.

Fotoları təqdim edirik:

Etikxeber.az

Read Previous

YAP “təmizləmə işləri”nə Ramil Vəlibəyovdan başladı? Və YAP-ın “Yeni Azərbaycanı” maliyyələşdirmək üçün pulu yoxdur?-NÖVBƏTİ QURULTAYDA HANSI SÜRPRİZLƏR YAŞANA BİLƏR?

Read Next

Azərbaycan Prezidenti Tacikistanın Baş nazirini-QƏBUL ETDİ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir