27 sentyabr Anım günü ilə əlaqədar bir sıra marşrut avtobusların-HƏRƏKƏT SXEMİ DƏYİŞDİRİLƏCƏK

27 sentyabr Anım günü keçiriləcək tədbirlərlə əlaqədar təhlükəsizliyi təmin etmək məqsədilə “Azneft” dairəsi, Neftçilər prospekti, Kövkəb Səfərəliyeva, Yusif Səfərov, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva küçələri, Parlament prospekti, Mehdi Hüseyn, Teymur Elçin, İstiqlaliyyət küçələri istiqamətində Ağ Şəhər olmaqla bütün növ nəqliyyat vasitələri hərəkəti məhdudlaşdırıldığından bir sıra müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi də müvəqqəti olaraq dəyişdiriləcək.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Etikxeber.az-a verilən məlumata görə, sentyabrın 27-də saat 06:30-dan anım tədbirləri tam başa çatanadək 1, 2, 3, 4, 5, 6, 10, 18, 21, 30, 31, 32, 37, 39, 46, 49, 53, 65, 77, 88, 125, 127, 175, 205 və M3 nömrəli marşrutlar üzrə avtobusların hərəkəti digər avtomobillərin yönləndirildiyi küçə və prospektlərdən keçməklə təşkil ediləcək.

Etikxeber.az

Read Previous

Şəhid qardaşlar-Tural və Musa Həsənovların məzarları ziyarət edildi, adlarını daşıyan “ŞƏHİDLƏR BULAĞI” VƏ XATİRƏ LÖVHƏSİNİN AÇILIŞI OLDU – FOTOLAR – YENİLƏNİB – (2)…

Read Next

Şəhid qardaşlar-Əli və İslam Əhmədovlar: XATİRƏLƏRLƏ, ANILARLA DOLU EV-MUZEYİ, 11 AY 28 GÜNDÜR SAHİBİNİ GÖZLƏYƏN BOŞ QALMIŞ ÇARPAYILAR VƏ DİK DURUŞLU, ƏSALƏTLİ ŞƏHİDLƏR ANASI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir