27 sentyabr-Anım Gününə həsr olunmuş voleybol yarışı keçirildi-QUBADA – FOTO

Quba rayonunda 27 sentyabr-Anım Gününə həsr olunmuş voleybol yarışı keçirilib.

Etikxeber.az-a “Vətən naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyindən daxil olan məlumata görə, yarışda Quba rayonunda fəaliyyət göstərən məktəblərdə çalışan müəllimlərdən ibarət 8 komanda iştirak edib.

Yarış başlamazdan əvvəl Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbirin keçirilməsində əsas məqsəd Şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmək, müəllimlər arasında sağlam həyat tərzini və idmana marağı təşviq etmək, eləcə də kollektiv ruhu və həmrəyliyi gücləndirmək olub.

Yarış yüksək əhval-ruhiyyə, sağlam rəqabət və dostluq şəraitində keçib.

“Tədbirin ərsəyə gəlməsində əməyi və dəstəyi olan təşkilatçılara, tərəfdaşlara və bütün dəstəkçilərə təşəkkürümüzü bildiririk. Həmçinin, yarışda iştirak edən bütün müəllimlərə fəallıqlarına və idmana göstərdikləri marağa görə minnətdarlığımızı ifadə edirik”-deyə, məlumatda sonra qeyd olunub.

Etikxeber.az

Read Previous

Cənnətdəki altıncı doğum günündə-MİNGƏÇEVİRLİ ŞƏHİD QARDAŞLARDAN İSLAM ƏHMƏDOVUN, ŞƏHADƏT GÜNLƏRİNDƏ İSƏ TƏK OĞULLAR-İKİ ÖVLAD ATASI RASİM MƏMMƏDOV VƏ SUBAY SAVALAN QAFAROVUN MƏZARLARI ZİYARƏT OLUNDU, ADLARINA EHSAN VERİLDİ… – FOTOLAR – YENİLƏNİB – (4)

Read Next

Ailənin üç övladından biri və subay idi…Ali təhsilini yarımçıq qoydu, Türkiyədən Azərbaycana döndü, Antiterror əməliyyatında Şəhid oldu – Əvvəlcə Sərhəd Qoşunlarının, sonra Müdafiə Nazirliyinin hərbçisi kimi fəaliyyət göstərdi…2023-cü ilin sentyabrında Şəhadətə qovuşdu, Şəhidliyindən sonra ikinci qızı dünyaya gəldi, iki övladı Vətənə əmanət qaldı – Kollecə daxil olsa da, təhsilini davam etdirə bilmədi…Atası və qardaşı da müharibə veteranıydı…Özü isə cəmi 19 yaşında Şəhidlik məqamına yüksəldi – Aqrar Universiteti bitirsə də, hərb sənətini seçdi…Kapitan kimi Antiterror əməliyyatına qatıldı və Şəhidlik zirvəsinə ucaldı, iki qızı yadigar qaldı – İki övlad atasıydı…İkinci Vətən Müharibəsində və digər əməliyyatlarda iştirak etdi, Antiterrorda da Şəhid oldu – Evin tək oğlu, tək bacının tək qardaşıydı…Üzünü görmədiyi tək oğlu da Şəhidliyindən sonra dünyaya göz açdı-BU GÜN ANIM GÜNLƏRİ OLAN ANTİTERROR ŞƏHİDLƏRİ-SƏBUHİ HÜSEYNOV, MİKAYIL HƏMİDLİ, VÜQAR EYVAZOV, ƏHMƏD ZAMANOV, ƏLİ BABAZADƏ, RAMİL RƏHİMOV – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir