27 sentyabr-Anım Günündə Şəhidlərimiz Hərbi Memorial Məzarlıqda-ZİYARƏT VƏ YAD EDİLDİ – FOTOLAR – YENİLƏNİB – (2)

Bu gün-27 sentyabr 2026-cı il tarixində tarixi İkinci Vətən Müharibəsinin başlamasından 6 il keçir.

Bu gün bütün ölkə üzrə 27 sentyabr-Anım Günüdür.

Anım Günü ilə bağlı bu gün səhər saatlarından başlayaraq yüzlərlə, minlərlə insan-Şəhid ailələri, Qazilər, müharibə iştirakçılar, hərbçilər, millət vəkilləri, bir sıra rəhbər və məsul şəxslər-Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, hüquq-mühafizə orqqanlarının əməkdaşları, məktəblilər, Şəhidsevər ziyalılar, Bakı sakinləri Hərbi Memorial Məzarlığa üz tutub, Şəhidlərimizi ziyarətə, anmağa, ruhlarına dualar etməyə gəliblər.

Ziyarət iştirakçıları Şəhid məzarlarını ziyarət edərək, onların məzarları üzərinə gül dəstələri düzüb, əklil qoyub, Şəhid ailələrinə, Şəhid doğmalarına səbr və dözüm diləyiblər.

Şəhidlərimizin unudulmadığını və heç zaman da unudulmayacağını dilə gətiriblər.

Qeyd edək ki, Hərbi Memorial Məzarlığı, Şəhidlərimizi ziyarət bu saatlara qədər davam etməkdədir.

Ruhları şad olsun!

Nurlar içində yatsınlar!

14:15

***

FOTOLAR:

15:35

***

16:36

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Prezident və Birinci xanım Anım Günü ilə əlaqədar Bakıdakı-ZƏFƏR PARKINDA OLDU – FOTOLAR

Read Next

Ucarda 27 Sentyabr-Anım Günü qeyd olundu-ŞƏHİDLƏR ABİDƏSİ VƏ HƏRBİ-VƏTƏNPƏRVƏRLİK KOMPLEKSİNİN AÇILIŞI OLDU – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir