İsmayıllı rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Vüsal Aydın oğlu Dəmirovun ad günüdür.
Vüsal Dəmirovun bu gün 30 yaşı tamam olur və bu, həm də Şəhidin Cənnətdəki üçüncü doğum günü, mövlududur.
Etikxeber.az xəbər verir ki, Vüsal Aydın oğlu Dəmirov 1993-cü ilin 10 sentyabr tarixində İsmayıllı rayonunda dünyaya gəlib.
Ailənin iki övladından biri, tək bacının tək qardaşı idi.
7 yaşında atasını itirib və həmin vaxtdan anası Nüşabə xanım onlara həm analıq, həm də atalıq edib.
O, 2000-ci ildə İsmayıllı şəhər İ.Həsənov adına 1 nömrəli tam orta məktəbin 1-ci sinfinə gedib.
2005-ci ildə Bakı şəhərinə gedərək Respublika Olimpiya İdman liseyinə daxil olub.
2009-cu ildə isə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə daxil olub və 2012-ci ildə təhsilini başa vurub.
Təhsilini bitirdikdən sonra-2012-ci ildə Vətənə xidmət borcunu yerinə yetirməyə, həqiqi hərbi xidmətə yollanıb.
Əsgərliyini başa vurduqdan sonra yenidən həyatını Ordu-hərb ilə bağlamaq qərarını verib.
2014-cü ildən Azərbaycan Ordusunda MAXE-çavuş, BTR sürücüsü kimi fəaliyyətə başlayıb.
Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı Müdafiə naziri tərəfindən saat, medal və fəxri fərmanla təltif olunub.
Aprel və Tovuz döyüşlərində iştirak edib.
İkinci Qarabağ Müharibəsinin ilk saniyələrindən də döyüşlərə atılıb, Vətənin müdafiəsinə qalxıb…
Şərəfli döyüş yolu 8 gün çəkib və oktyabrın 4-də Füzuli istiqamətində qanlı döyüşlərdən birində ağır yaralanıb, amma onun həyatını xilas etmək mümkün olmayıb.
Nəşi isə oktyabrın 5-də İsmayıllı rayon Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…
Həm Şəhidliyindən öncə, həm də Şəhidliyindən sonra medallarla-“Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib…
27 yaşında Şəhidlik məqamına ucalan Vusal həm də subay olub.
***
Cənnətdəki üçüncü doğum günü ilə bağlı Şəhidin məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub.
Ruhuna dualar oxunub, məktəblilər tərəfindən şeirlər səsləndirilib, qısa çıxışlar edilib.
Şəhidin 27 illik qısa, lakin şərəfli ömür, hərb və döyüş yolundan bəhs olunub.
Ailəsinə Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki üçüncü doğum günü təbrik olunub.
Sonra Şəhidin Cənnətdəki üçüncü doğum günü ilə bağlı məclis düzənlənib, adına ehsan verilib, ruhuna bir daha dualar edilib.

Şəhidin məzarını ziyarətdə və Cənnətdəki üçüncü doğum günü ilə bağlı mərasimdə ailə üzvləri, yaxınları, İsmayıllı, Ucar, Ağsu, Qəbələ, Qobustan və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimləri, yerli və Bakı şəhərindən gələn ziyalılar, Vətən Müharibəsi Qəhrəman Anar Rzayev, İsmayıllı rayon İcra Hakimiyyətinin məsul şəxsləri və digərləri iştirak ediblər.
Məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü-30 yaşı mübarək olsun!
Nur içində yatsın!
13:07
***
FOTOLAR:
ŞƏHİDİMİZİN MƏZARINI ZİYARƏT…



















14:40
***
ŞƏHİDİMİZİN CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜ İLƏ BAĞLI OCAĞINDA TƏŞKİL EDİLƏN MƏRASİM, EHSAN SÜFRƏSİ…




















14:55
***
ŞƏHİD ANALARI, ŞƏHİD ATALARI, QƏHRƏMAN ŞƏHİD AİLƏLƏRİ, DƏRD VƏ QÜRUR ORTAQLARI, QAZİLƏR, VƏTƏN SEVDALILARI, CANLI ƏFSANƏ, VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI ANAR RZAYEV…

















Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az