Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Son 4 ildə Təhsil Nazirliyinin İnformasiya şöbəsi vətəndaşların 271656 müraciətini qəbul edib, dinləyib, həll edib və ya istiqamətləndirib.
Nazirlikdən Etikxeber.az-a verilən xəbərə görə, Vətəndaşların Qəbulu Mərkəzində 2014-cü ildə 49857, 2015-ci ildə 49381, 2016-cı ildə isə 43644 vətəndaşın müraciəti dinlənilib. Üç il ərzində bu rəqəm ümumilikdə 142882 nəfər təşkil edib.
Vətəndaşların elektron formada da nazirliyə müraciət etməsi mümkündür. Belə ki, 2013-cü ildə 10109, 2014-cü ildə 53081, 2015-ci ildə 82054, 2016-cı ildə isə 126 412 müraciət qəbul edilib. Daxil olan müraciətlər daha çox müəllimlərin işə qəbulu və yerdəyişməsi, ümumi təhsil müəssisələrində uşaqların qəbulu və yerdəyişməsi, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), tələbələrin yerli ali təhsil müəssisələrinə köçürülməsi və bərpası, təhsil haqqından azad olunma ilə bağlı məsələləri əhatə edib.
Etikxeber.az