28 ildir bədənində 3 güllə, 3 qəlpə gəzdirən Qazi Arzu və onun özü kimi İgid, Cəsur oğlu-SUQOVUŞAN QƏHRƏMANI NURLAN! – FOTOLAR

Bəlkə də kimlərəsə tez-tez “Qəhrəman Qızılhacılım” yazmağım bir qədər qəribə gələ bilər…

Bəli, tez-tez yazıram, yazacağam da…Çünki Qızılhacılım gerçəkdən Qəhrəman və Qəhrəmanlar kəndidir…

3 Şəhid Milli Qəhrəmanı, 1 Vətən Müharibəsi Qəhrəmanı, 30-dan çox Şəhidi, yüzlərlə müharibə iştirakçısı, əlili, Qazisi, medallalarla təltif olunan və olunmayan, Haqqı tanınan və Haqqı yeyilən (Nəcməddinlər…tərədindən) İgidləri var Qızılhacılımın…

Son savaşda iki dəfə raket atəşinə, 4 evi dağıntıya məruz qalan, atəşlər zamanı 5 sakini yaralanan, bir sakini (Raziyə Abbasova) Şəhid olan Qızılhacılım…

Həm Birinci Vətən Müharibəsində, həm İkinci Vətən Müharibəsində Dastan yazan Oğulların vətəni Qızılhacılım…

Qızılhacılımın, Azərbaycanımın İgid, Mərd, Qəhrəman oğulları arasında Birinci Vətən Müharibəsində vuruşmuş, döyüşmüş, ağır yaralanmış, həm də Haqqı yeyilmiş əmim oğlu Arzu Qələndər oğlu Nuriyev və onun özü qədər Qorxmaz, Cəsur oğlu, Suqovuşanın azad olunmasında əməyi olmuş, sentyanın 21-dən dekabrın 31-dək Tərtərdə, Suqovuşanda Vətənin keşiyini çəkmiş Nurlan Arzu oğlu Nuriyev…

Arzu Birinci Vətən Müharibəsinin ilk günlərindən döyüşlərə atılmış oğuldur…

Birinci Goranboy batalyonunu yaradanlardan, rəhmətlik-Milli Qəhrəman Mamed (Məhəmməd) Həsənovun batalyonunda döyüşmüş, Goranboyun (keçmiş Şaumyankəndin) kəndlərinin, keçmiş Ağdərənin bir neçə kəndinin azad olunmasında iştirak etmiş Arzu 1992-ci ilin avqustun 5-də keçmiş Ağdərənin Akop-Kamari kəndində sinəsindən, bədəninin müxtəlif nahiyələrindən ağır yaralanıb…

Özüm də həmin günü-günləri bugünkü kimi xatırlayıram…

Uzun müddət müalicə alıb, sonra da tərxis olunub…

Bu gün kənddə, yas mərasimində bir yerdəydik…

Dedi ki, bədənindəki qəlpələrin sayı-hesabı olmayıb…

28 il keçir, hələ də bədənində 3 güllə, 3 qəlpə gəzdirir…

Arzuda nə söhbətlər var, nə söhbətlər… Dinlədikcə, doymaq, həyəcanlanmamaq olmur…

Hər biri gerçəkdən bir qəhrəmanlıq Dastanı…Bitməz, tükənməz…

Bəli, Arzu belə Arzudur, belə İgid, Məğrur oğuldur…

Həm də çox sevinclidir, fəxr edir ki, oğlu da onun kimi Vətən torpaqları uğrunda döyüşüb və Vətənin Qalib oğullardan biri olub…

Oğlu Nurlan səfərbərliyin ilk günündən Vətənin müdafəsinə yollanıb, İkinci Vətən Müharibəsinin ilk günündən, Tərtər istiqamətində, Suqovuşanda vuruşub, döyüşüb, ölümlərdən dönüb…

Xidmətlərinə görə, ona gizir rütbəsi verilib…

3 ay 10 ay gündən sonra da Qalib hərbçi kimi evinə, ailəsinə dönüb…

Həm də Ali Baş Komandan tərəfindən “Suqovuşanın azad olunmasına görə” medalına layiq görülüb…

Nurlanın 24 yaşı var, həm də nişanlıdır… Xoşbəxt olsun!

Bəli, çox istərdim ki, 28 ildən sonra Arzunun da Haqqı tanınsın, medal(lar)la təltif olunsun…

Bu, onun ana südü qədər halal Haqqıdır.

Allah Arzunu da, özü kimi, İgid balasını da qorusun.

Fəxr edirəm, qürur duyuram ki, belə əmim (həm də mamam) oğlu və əmim (mamam) nəvəsi var.

Allah üstlərində Yar olsun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 685 yeni yoluxma-DAHA 27 ÖLÜM…

Read Next

“Gah fəxr etdik, qürur duyduq, gah da üzüldük, göz yaşlarımıza hakim ola bilmədik…”-MİLLƏT VƏKİLİ NÖVBƏTİ DƏFƏ ŞƏHİD AİLƏLƏRİ VƏ MƏZARLARINI ZİYARƏT ETDİ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir