28 ildir Haqqı tanınmyan, Qazilik Haqqı…yeyilən Vətən sevdalısı-ELŞƏN ƏVƏZ OĞLU HƏMİDOV…ONUN DA HAQQININ TANINMASI ZAMANI DEYİLMİ, CƏNABLAR, YOLDAŞLAR?-KAMİL HƏMZƏOĞLU YAZIR

Elşən Əvəz oğlu Həmidov…

Goranboy, Qızılhacılı, 1971-ci il doğumlu…

Birinci Qarabağ Savaşının iştirakçılarından və Qəhrəmanlarından, İgidlərindən biri…

Və hələ də Haqqı tanınmayan, Haqqı yeyilən Qazimiz, Vətən sevdalımız…

Elşən mənim dost-doğma əmim oğludur, həm də sinif yoldaşımdır…

Elşən haqqında 2020-ci ilin payızında yazdığım yazımda da bunu qeyd etmişdim və yenidən qeyd edirəm…

Elşən 1971-ci ilin dekabr ayından, mən isə 1973-cü il yanvar ayından olsaq da, 1972-ci il təvəllüdlülərlə bir sinifdə oxumuşuq…

Mən sakit təbiətli olsam da, Elşən qaynar, bir az da nadinc idi…

Gözəl zehni, gözəl şeir demə, qiraət, rəssamlıq qabiliyyəti var idi…

Gözəl futbol oynayırdı…Yaşıdlarımızdan kimsənin ona gücü çatmazdı…

Orta məktəbi bitirdikdən sonra o vaxtkı İdman və Bədən Tərbiyəsi Texnikumuna daxil oldu…

1989-cu ilin dekabrından 1991-ci ilin sentyabrına kimi isə keçmiş Sovet Ordusunda xidmət etdi…

Sonra geriyə döndü, təhsilini davam etdirdi…

Və 1993-cü ilin yazından 1994-cü ilin qanlı yanvarınacan, qışınacan könüllü olaraq, bir Vətən sevdalısı Azərbaycan torpaqlarının müdafiəsində iştirak etdi…

Əfsanəvi Goranboy batalyonunun döyüşçüsü kimi Goranboy-Tərtər-Ağdərə istiqamətlərində qanlı döyüşlərə qatıldı…

1994-cü ilin ağır yanvar günlərində, yanvarın sonlarında keçmiş Ağdərənin Akop-Kamarı kəndi istiqamətində gedən qanlı döyüşlərdən birində ağır, ölümcül yaralandı…

Bədənində salamat yer demək olar ki, yoxuydu və üstündən 28 il keçməsinə baxmayaraq, yenə də həmin vəziyyətdədir, bədəninə, qoluna, qıçına baxanda adam dəhşətə gəlir…

Elşənlə birgə kəndimizdən Cabbar və Bəşir də eyni yerdə, eyni səngərdə olublar…

Və 28 il keçsə, hələ də nə Cabbardan, nə Bəşirdən xəbər yoxdur…

Hər ikisi də Şəhidlik statusu alıb…

Cabbar həm də kəndimizin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan evin-ailənin tək və nişanlı oğlu Kənan Ələkbərlinin doğmaca əmisidir…

Bir ailə-iki Şəhid…

Elşəni də o vaxt qanlı döyüş bölgəsindən böyük əmimin oğlu, müharibə veteranı (həm də rəhmətlik atamın sürücüsü) Məsud həyatını risqə qoyaraq çıxara bilmişdi…

Yoxsa, Elşənin də taleyi…

Və Elşəni Göydə Allah, yerdə Goranboyda böyük hörmət-izzət sahibi olan rəhmətlik atam, əmim oğlu Məsud və iki cərrahı xilas etdi, həyata qaytardı…

Atam müdaxilə etməsəydi, Elşənin taleyi necə olacaqdı…deməyə çətinlik çəkirəm…

Aylarla ağır müalicə-müayinədən keçdi…

Və çətin də olsa, həyatına davam edə bildi…

Elşənin ilk evliliyi uğursuz oldu…

İkinci evliliyindən isə bir oğlu, bir qızı var…

Nəvə-nəticə sahibi olacağı bir vaxtda, böyük övladı-qızı hələ bu il orta məktəbi qurtarıb…

Və üstündən 28 il keçməsinə baxmayaraq, Elşən bu illər ərzində heç nəyin yiyəsi olmayıb…

Nə Haqqı olan əlillik (ən azı və ən azı-ikinci qrup və ömürlük) dərəcəsini alıb, nə Haqqı olan evlə, nə də Haqqı olan maşınla-avtomobillə təmin olunub…

Hər dəfə Haqqını tələb et deyəndə, ona irad bildirəndə də “Əmi oğlu, mən maşın, ev üçün müharibəyə getməmişdim…Şəhid ola bilmədim, hələ də utanıram…Mənə heç nə lazım deyil”-deyə bildirir…

Ancaq Elşən Haqqını tələb etməsə də, təvazökarlıq göstərsə də, heç olmasa, aidiyyatı qurumlar-Müdafiə Nazirliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq qurumları Elşənlə, ailəsi ilə maraqlansın, onun gec də olsa, illər sonra qanuni Haqqın tanısınlar, Haqqını versinlər…

Elşənə görə olmasa da, ən azı balalarına görə!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Şəhid Anası Zərqələm Ana VƏ YA BƏXT ÜZÜNƏ GÜLMƏYƏN ANANIN ACI, KƏDƏRLİ HƏYAT HEKAYƏSİ…-KAMİL HƏMZƏOĞLU YAZDI

Read Next

Reabilitasiya mərkəzində uşaqlara işgəncə verənlərin-KİMLİYİ BƏLLİ OLDU – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir