“28 mayda toplardan fişəng atılsın, efirlərdə gün ərzində Rəsulzadənin portreti nümayiş etdirilsin…”-MÜSAVAT BAŞQANINDAN TƏKLİFLƏR

28 May Respublika gunu. Translation from azerbaijani: 28th May Republic day of Azerbaijan. 100th anniversary.

Karantin şəraitində də 28 May Respublika Günü layiqincə qeyd edilməlidir. Müsavat Partiyası 1 saat ərzində Novxanı kəndində M.Ə.Rəsulzadənin heykəli önündə, karantin şərtlərini nəzərə almaqla tədbir keçirmək barədə qərar qəbul edib. Həmin gün Hərbi Hava Qüvvələrimizin Bakı şəhərinin səmasında göstərilərini, toplardan fişəng atılmasını, televiziya efirlərində gün ərzində Məhəmməd Əmin Rəsulzadənin portretinin nümayiş etdirilməsini təklif edirəm.

Etikxeber.az-ın xəbərinə görə, bunu sabiq deputat, Müsavat Partiyasının başqanı Arif Hacılı dilə gətirib.

“Hər evin balkonundan, ya pəncərəsindən üçrəngli bayrağımız, Rəsulzadənin portretləri asılsa, gecə havaya uçan çıraqlar, dilək şarları buraxılsa bayram tədbirlərimizdə bir yenilik olar. Hər çür çətinliklərə rəğmən, xalq olaraq dəyərli bayramımıza sahib çıxmalıyıq”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Azərbaycanın beynəlxalq təşkilatlara sədrliyi formal xarakter daşımır, əksinə, ölkəmiz çox fəal işlər aparır…”-MM-İN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ

Read Next

“ŞƏHİD ABİDƏLƏRİMİZ-NATAVANIN, HACIBƏYLİNİN, BÜLBÜLÜN YERİ ŞƏHİDLƏR XİYABANIDIR”-JALƏ ƏLİYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir