28 yaşlı Baş leytenant, İkinci Vətən Müharibəsinin gerçək Qəhrəmanı və Qazisi-YENƏ DƏ HƏRBDƏN BAŞQA HEÇ NƏ DÜŞÜNMƏYƏN ELNUR RİZVAN OĞLU XƏLİLOV! – FOTOLAR

Elnur Rizvan oğlu Xəlilov…

Baş leytenant, 28 yaşlı, subay, ali təhsilli (ixtisasca fransız dili müəllimi), bir neçə dildə də sərbəst danışır…

İkinci Vətən Müharibəsinin iştirakçısı…

Qəhrəman Qızılhacılımın daha bir İgidi, daha bir Qəhrəmanı, daha bir Cəsur oğlu, daha bir Qazisi…

Elnur haqqında da bir neçə dəfə bəhs etmişəm-həm şəxsi sosial şəbəkə hesabımda, həm də Etikxeber.az-da…

Azərbaycanın, Azərbaycan xalqının, İkinci Qarabağ Savaşının gerçək, əsl Qəhrəmanı, təvazökar Qazisi…

Elnur hərbçi, komandir kimi, İkinci Vətən Müharibəsinin ilik günündən, ilk saniyəsindən döyüşlərdə olub…

Ən ağır bölgələrdə-Talış, “Ağuçuq”, Suqovuşan, Meşəli, “Gülstan qayası”…istiqamətlərində döyüşüb, vuruşub, misilsiz igidliklər, şücaətlər göstərib, ermənilərə, düşmənə qan uddurub…

Müharibənin 17-ci günündə, oktyabrın 13-də də ağır döyüşlər zamanı – “Gülüstan qayası” ətrafında – çox ağır yaralanıb-iki ayağından, qollarından, başından…

Düz 6 saat qan itirib…

Əvvəlcə Meşəlidə, sonra Mingəçevirdə xəstaxanada yatıb, əməliyyat olunub, sonra, Bakıya, hospitala göndərilib, bir xeyli müddət də orada müalicə alıb və məzuniyyətə göndərilib…

Az qala bədənindən bir bankaya yaxın qəlpə çıxarılıb, hələ də qolunda, əlində qəlpələr qalır…

Bir ayağı sağalmaq üzrədir, digər ayağında isə hələ də problemlər qalmaqdadır…

Növbəti dəfə əməliyyat oluna bilər…Ancaq buna iki aydan sonra qərar veriləcək…

Bir neçə gün öncə yenə hospitala, müayinəyə gedən İgidimiz, Qəhrəmanımız artıq yenidən ev şəraitində müalicəsini davam etdirir…

Dünən-öncədən də söz verdiyim kimi– Elnuru ziyarət etdim, ona baş çəkdim…

İki saat boyunca xeyli söhbətləşdik, danışdıq…

Döyüş yolundan, müharibədən xeyli bəhs etdi…

Danışdıqca, bəhs etdikcə də, bir daha onun Qəhrəmanlığına, Cəsurluğuna, Əzminə, Əzmkarlığına, Vətən eşqinə valeh, heyran oldum…

Valeh, heyran olmamaq, belə bir İgidlə, belə Qəhrəmanla fəxr etməmək, qürur duymamaq da, sadəcə, mümkün deyil…

Əsl peşəkar hərbçi, əsl Vətənpərvər oğul, əsl Vətən fədaisi…

Onu dünyaya gətirən ana və ataya halal olsun…

Valideynlərinin də, İgidimizin də qarşısında bir daha baş əyirəm…

Fəxr edirəm ki, kəndimizin-Qəhrəman Qızılhacılımın, Goranboyumun, Azərbaycanımın belə bir Oğlu var…

Bir daha qeyd edirəm ki, Fəxr ediləcək, Qürur duyulacaq Oğuldur…

Ali Baş Komandan tərəfindən də “Cəsur döyüşçü” medalı ilə təltiflənib…

Peşəsini, sənətini hərb sənəti ilə əvəzləməsinə, dəyişməsinə görə də, qətiyyən, peşman deyil…

Əksinə, bundan-hərbçi olması ilə qürur duyur, iftixar hissi keçirir və yenidən-tam sağaldıqdan sonra hərb yolunu davam etdirmək fikrindədir…Hərbdən başqa bir şey düşünmür…

Allah daim yolunu açıq, canını sağ etsin, tezliklə də sağlamlığına qovuşdursun.

Amin!

20 yanvar 2021-ci il, Goranboy

17:17, 21 yanvar

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 226 yeni yoluxma-DAHA 5 ÖLÜM…

Read Next

Güclü külək əsəcək-XƏBƏRDARLIQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir