3 bacının tək qardaşı, subay, Gizir, 5 medallı-SADİQ XUBYAR OĞLU AZAYEV – QUBALI ŞƏHİD ANASINA KÖMƏK ƏLİ UZADAN OLACAQMI, YARIMÇIQ QALMIŞ EVİN TİKİNTİSİ BAŞA ÇATDIRILACAQMI? – FOTOLAR

Sadiq Xubyar oğlu Azayev…

Qubanın İkinci Vətən Müharibəsi Şəhidlərindən, Vətən sevdalılarından biri…

Sadiq 1992-ci ilin 11 avqust tarixində Qubanın Qonaqkənd qəsəbəsində-sadə bir ailədə dünyaya gəlib…

Ailənin 4 övladından biri, 3 bacının tək qardaşı olub…

Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə, Vətənin keşiyinə yollanıb…

Hərbi xidmətini başa vurduqdan sonra evinə, ailəsinə dönüb, müxtəlif sahələrdə çalışıb…

Ancaq sonradan həyatını Ordu, hərb ilə bağlayıb…

Azərbaycan Ordusunun Giziri kimi İkinci Vətən Müharibəsində iştirak edib…

Axırıncı dəfə ailəsi ilə oktyabrın 1-də danışıb…

Və elə həmin gün Füzuli istiqamətində döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb…

Nəşi iki gün sonra, oktyabrın 3-də Qonaqkənd qəsəbəsində torpağa tapşırılıb, Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra 5 medalla təltif olunub…

Sadiq həm də subay olub…

***

Bu gün axşam saatlarına yaxın Qubanın İkinci Vətən Müharibəsi Şəhidlərindən Miqdad Abduləlimovun valideynləri və hər zaman Şəhid ailələrinin yanında olan Rafiq Xəlillə Şəhid Sadiq Azayevin hazırda Xaçmaz rayonunun Yergüc kəndində yaşayan anasını-Qızılgül xanımı ziyarət etdik…

Ziyarətimiz bir saatdan çox çəkdi…

Ziyarət zamanı bir daha Şəhidimizin anasına Allahdan səbr və dözüm arzuladıq, bir daha övladının məkanının cənnətlik olmasını dilədik…

Bu yerdə onu da qeyd edək ki, Qızılgül xanım tək oğlunun Şəhidliyindən sonra Xaçmazın Yergüc kəndində yaşayan qızıgildə olur…

Və qızının adına olan həyətyanı torpaq sahəsində ev tikdirir…

Amma evin tikintisi maliyyə çatışmazlığı üzündən uzun müddətdir yarımçıq qalıb…

Evin tikintisini başa çatdırmaq üçün ananın imkanları yoxdur…

Eyni zamanda, anaya köməklik üçün vəd verilsə də, amma hələ də vəd olaraq qalmaqdadır…

Şəhid anasına əl uzadan, kömək edən yoxdur…

Təəssüfedici və üzücü bir vəziyyət…

Tək oğlunu itirmiş, imkansızlıqdan, şəraitsizlikdən qızına sığınmış Şəhid anasına belə bir münasibət yolverilməz və qəbuledulmızdir…

Və tezliklə bu üzücü, narahatedici vəziyyət aradan qaldırılmalı, konkret addımlar atılmalı, Şəhid anasına kömək əli uzadılmalı, evin tikintisi başa çatdırılmalıdır!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Şabran Şəhidləri: İki övlad atası, 13 ilin hərbçisi, Xüsusi Təyinatlı Mirbala Rəsulov, evin tək və subay oğlu, 4 medallı Əmirağa Ağayev VƏ AİLƏNİN 3 OĞLAN ÖVLADINDAN BİRİ, 1 ORDEN VƏ 5 MEDALLI XƏYAL HƏSƏNOV… – FOTOLAR

Read Next

Yenidən Şəhidimizin-Nur üzlü Miqdadımızın müqəddəs ocağında-KAMİL HƏMZƏOĞLU YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir